GOVURQALA – Türkmәnistan Resp.-nın Bayramәli ş. yaxınlığında qәdim Mәrv ş.-nin xarabalığı (sah. tәqr. 3,5 km2). Şm. hissәsindә e.ә. 6–4 әsrlәrdә kiçik yaşayış mәskәni vә narın qala olmuş Ərkqala yerlәşirdi. Ehtimal ki, e.ә. 4–3 әsrlәrdә G. Qala divarları ilә әhatә olunmuşdu. Şәhәrin çiçәklәnmә dövründә (e.ә. 250 il – eramızın 224 ili) yenidәn tikilmişdi. Qazıntılar zamanı sәnәtkar-metalçının evi, emalatxanası, 3 әsrә aid dәyirmançılar mәhәllәsi, Budda heykәlinin qalığı, gildәn insan vә heyvan heykәlciklәri aşkar olunmuşdur. 8–9 әsrlәrdә Mәrvin mәrkәzi Sultanqalaya köçürülmüşdü. Bu dövrdә narınqala dağıdılmış, lakin dulusçular mәhәllәsi hәlә dә qalırdı. G.-da 8–9 әsrlәrә aid mәscid qalıqları da tapılmışdır.










