GOVURQALA – Azәrb. Resp.-nın Qobustan r-nu әrazisindә müdafiә istehkamı. Qırmadaşdan dairәvi formada tikilmiş qala tәpәnin üstündә yerlәşir. Qalaya qalxan әlverişli yol şm.-ş. tәrәfdәndir. Bürclәrin qalıqları onların dördkünc olduğunu göstәrir. Qalanın içәrisindә, hәmçinin tәpәnin c. әtәklәrindә çoxlu tikili qalıqları müşahidә olunur. Hәr tәrәfdә yanğın izlәri qeydә alınmışdır. Tapılmış keramika nümunәlәrinin tәhlili әsasında G.-nın erkәn orta әsrlәrә aid olduğu vә 8 әsrin ortalarında әrәblәr tәrәfindәn dağıdıldığı müәyyәnlәşdirilmişdir.










