GOVURQALA, Qarabağlar G o v u r q a l a s ı – Azәrb. Resp. Kәngәrli r-nunun (Nax. MR) Qarabağlar k.-ndәn şm.-q.-dә, Damlama yaşayış yerinin yaxınlığında yerlәşir. 1968 ildә qeydә alınmışdır. E.ә. 2–1-ci minilliklәrә aid qala şm.-dan, c.-dan vә q.-dәn sıldırım qayalarla әhatәlәnmiş dağın üstündәdir. İri qaya daşlarından, bәrkidici mәhlul işlәdilmәdәn әtraf әrazinin relyefinә uyğun hörülmüşdür. Tunc dövrü siklopik tikililәrinә aid edilir.










