GOVURQALA, Ş a h t a x t ı G o v u r q a l a s ı – Azәrb. Resp. Naxçıvan ş.-ndәn 35 km şm.-q.-dә, Arazın sol sahilindә Tunc dövrünә (e.ә. 3–2-ci minilliklәr) aid yaşayış yeri. Sah. 5 ha-dan çoxdur; mәrkәzi hissәdә sah. tәqr. 1 ha olan narınqala (divarlarının aşağı hissәsi yonulmuş iri daşlardan tikilmişdir) yerlәşir. Arxeoloji qazıntılar (1936, 1967–75) zamanı G.-dan müxtәlif daş әmәk alәtlәri, sadә, monoxrom vә polixrom boyalı keramika mәmulatı, daş qutu qәbirlәr vә s. aşkar edilmişdir. E.ә. 2-ci minilliyin ortalarında G. şәhәr tipli yaşayış yerinә, Böyükdüz әrazisindәki tayfa ittifaqlarından birinin mәrkәzinә çevrilmişdi. G.-nın әhalisi әkinçilik, maldarlıq, metalişlәmә, dulusçuluqla mәşğul olmuşdur.










