GÖBƏK CİYƏSİ – mәmәlilәrdә vә insanda anatomik plasentar törәmә; döl ilә cifti birlәşdirir. Hәlmәşik konsistensiyalı (Varton jelesi) birlәşdirici toxumadan ibarәtdir, içәrisindәn iki göbәk arteriyası vә göbәk venası keçir; onların boyunca sinir liflәri, allontoisin yuxarı şöbәsindәn әmәlә gәlәn sidik yolu (dölün sidiyini aparır vә dölәtrafı suya açılır; insanda 5-ci aydan inkişaf etmәyә başlayır) vә yumurta sarısı kisәsi qalıqları yerlәşir; G.c. amnionla örtülüdür. Yetkin döldә G.c.-nin qalınlığı 1–1,5 sm, uzunluğu 50–60 sm-ә yaxın olur. Doğulduqdan sonra uşaqda G.c.-nin qopub düşdüyü yerdә göbәk әmәlә gәlir.










