GÖBƏK İLTİHABI, o m f a l i t – yenidoğulmuşlarda göbәk yarası nahiyәsindә dәrinin vә dәrialtı toxumanın iltihabı. Körpәnin hәyatının 2–3-cü hәftәsindә ola bilәr. Xәstәliyin törәdicisi çox vaxt stafilokokklar, streptokokklar vә bağırsaq çöplәri olur. G.i. sağalmamış göbәk yarasına infeksiyanın keçmәsi nәticәsindә meydana çıxır. Xәstәliyin әmәlә gәlmәsinә gigiyenik qaydalarınpozulması (yaranı gündәlik olaraq işlәmәmәk), uşağın vaxtından qabaq doğulması, uşaq orqanizminin zәiflәmәsi, bәtindaxiliinfeksiyanın olması, yenidoğulmuşda başqa infeksion xәstәliyin olması (mәs., dәrinin irinli xәstәliyi, tük follikulunun infeksion iltihabı–follikulit) sәbәb olur. Klinik formaları: sadә (kataral), irinli, fleqmonoz, nekrotik. Əlamәtlәri yerli (yaradan ifrazatın xaric olması, göbәk halqasının qızarması, göbәk әtrafında temp-run yüksәlmәsi vә şişkinlik, limfa damarları iltihaba qoşulduqda qırmızı zolaqlar) vә ümumi (bәdәn temp-runun yüksәlmәsi, ağlağanlıq, uşağın özünü narahat aparması, iştahasının olmaması, çәkisinin azalması) olur. M ü a l i c ә s i: fleqmanoz vә nekrotik formada stasionar şәraitindә aparılmalıdır. Göbәk yarası antiseptik mәhlullarla (spirt mәhlulu, brilyant yaşılı, yod mәhlulu) işlәnir; irinli formada antibakterial mәlhәmlәr tәyin edilir vә yaraya drenaj qoyulur; fizioterapiya (ultrabәnövşәyi şüalanma, ultra yüksәk tezlikli terapiya) tәtbiq olunur. Sistemli müalicәdә antibiotiklәr (әsasәn, genişspektr aktivliyinә malik, bәzәn bir neçә preparat), vitaminlәr (A vitamini, C vitamini, B qrupu vitaminlәri), ağır hallarda venadaxili glükoza mәhlulu, immuniteti yüksәldәn dәrmanlar tәyin olunur. P r o f i l a k t i k a s ı: göbәk yarasını sağalana kimi hәr gün 3–4 dәfә, әvvәlcә 3%-li hidrogenperoksid mәhlulu ilә, sonra isә 2 %-li brilyant yaşılı vә ya spirt mәhlulu ilә silmәk; yarada irinli vә ya qan qarışmış ifrazat meydana çıxdıqda dәrhal hәkimә müraciәt etmәk.










