Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖDƏK ƏHMƏD
    GÖDƏK ƏHMƏD, Əbül Nasir Mahmud Əhmәd Bahadır (1476, İstanbul – 13.12.1497, İsfahan) – Ağqoyunlu hökmdarı [1497, 3 may – 13 dekabr], Uzun Hәsәnin vә Osmanlı sultanı II Mehmedin [1451–81] nәvәsi, Uğurlu Mәhәmmәdin oğludur. Ağqoyunlu hökmdarı Sultan Rüstәmin [1492–97] hakimiyyәtindәn narazı qalan Azәrb. әyanları İstanbula, Sultan II Bәyazidә mәktub yazaraq şahzadә G.Ə.-inAğ qoyunlu hökmdarı olmasını xahiş etmişdilәr. 1497 ildә G.Ə. İstanbuldan Tәbrizә gәldi. Tәbriz yaxınlığında onun tәrәfdarları ilә Sultan Rüstәmin qoşunu üz-üzә gәlәndә, Eybә sultan başda olmaqla Rüstәmә xәyanәt edәn Ağqoyunlu әyanları G.Ə.-in tәrәfinә keçdilәr. Mәğlub edilmiş Sultan Rüstәm Gürc.-a qaçdı. G.Ə. Ağqoyunlu taxtına çıxdıqdan sonra dövlәti әvvәlki sabit iqtisadi vәziyyәtinә qaytarmaq, ruhanilәrә, mülki idarә başçılarına vә oturaq feodal әyanlarına arxalanaraq mәrkәzi hakimiyyәti güclәndirmәk mәqsәdilә bir sıra islahat hәyata keçirdi. 20-dәk vergi vә mükәllәfiyyәti, o cümlәdәn iqtisadiyyatın vә ticarәtin inkişafına mane olan tamğanı, habelә biyar, ixracat, şiltaqat vә s. lәğv etdi, soyurqalın irsi keçmәsini aradan qaldıran fәrman verdi. Bu, dövlәt torpaqlarının böyük hissәsini әllәrindә saxlayan köçәri әyanların gәlirlәrinin xeyli azalmasına vә narazılığına sәbәb oldu. G.Ə.-in islahatlarından narazı qalan Eybә sultan Fars vil.-nin hakimi Qasım bәylә birlәşәrәk keçmiş Ağ qoyunlu hökmdarı Sultan Yaqubun Şirvan hakimi olan oğlu Muradı hökmdar elan etdi. İsfahan yaxınlığında baş verәn döyüşdә G.Ə. hәlak oldu. Onun ölümündәn sonra Ağqoyunlu hakimlәri arasında ara müharibәlәri yenidәn qızışdı, hakimiyyәt zәiflәdi vә dövlәt iki yerә bölündü.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU