Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖDƏK PİPİN
    GÖDƏK PİPİN (lat. Pippinus Brevis, fr. Pepin le Bref) (715, Lyej ş. yaxınlığında Jüpil malikanәsi – 24.9.768, Sen-Deni) – Frank dövlәtinin hökmdarı. Karolinqlәr sülalәsindәndir. Lәqәbini kiçik boyuna görә almışdı. Karl Martellin kiçik oğludur. Atasının ölümündәn (741) sonra Neystriyanın, Burqundiyanın vә Provansın mayordomu olmuş, Akvitaniya üzәrindә şәrti süzerenlik almışdır. 743 ildә böyük qardaşı Karlomanla birgә Avstraziyanın mayordomu olmuş, Bavariya hersoqu Odilonla, Alemanniya hersoqu Teodebaldla vә Akvitaniya hersoqu Xunaldla ittifaqda olan ögey qardaşı Qrifonun qiyamını yatırmışdı. Hәmin ildә G.P. vә Karloman Auqsburq yaxınlığında Odilonun qoşununu darmadağın etmişdilәr. G.P. vә Karlomanın hakimiyyәtini qanunsuz hesab edәn frank әyanlarının bir qismi Merovinqlәr sülalәsinin sonuncu nümayәndәsi vә artıq heç bir sәlahiyyәti olmayan III Xilderiki [743–751] kral elan etmişdilәr. 747 ildә Karloman monastıra çәkildikdәn sonra, G.P. onun oğlu Droqonu idarәçilikdәn uzaqlaşdırmış vә bütün frank torpaqlarının mayordomu olmuş, 751 ilin noyabrında isә III Xilderiki hakimiyyәtdәn mәhrum etmişdir. 752 ilin mayında G.P. Suassonda rәsmәn frankların kralı elan olunmuşdur. 754 ildә G.P yeni papa III Stefanın xahişi ilә onu narahat edәn lanqobardların kralı Aystulfa qarşı İtaliyaya yürüş edәrәk Suza ş. yaxınlığında onun ordusuna qalib gәlmişdir. 756 ildә yenidәn Roma papasının mülklәrinә soxulan Aystulfun qoşununu mәğlub edәrәk onu Frank dövlәtindәn asılılığı tanımağa vә franklara vergi ödәmәyә mәcbur etmişdir. Hәmin ildә Roma papasına Mәrkәzi İtaliyanın 22 şәhәri üzәrindә dünyәvi hakimiyyәti verәrәk Papa vil.-nin formalaşmasının başlanğıcını qoymuşdur. 752–759 illәrdә G.P. Septimaniya uğrunda әrәblәrlә vuruşmuş, 759 ildә Narbonu әlә keçirmişdir. 757 ildә G.P.-in Bavariya hersoqu III Tassilonu özünün vassalı etmәsi franklar tәrәfindәn bu torpaqların işğalının başlanğıcı olmuşdur. 753 vә 758 illәrdә sakslara qarşı uğurlu yürüşlәr edәrәk onların üzәrinә ağır vergi qoymuşdur. 761–768 illәrdә Akvitaniya hersoqu Vayfara qarşı apardığı müharibәlәr nәticәsindә Akvitaniya qәti şәkildә frankların hakimiyyәtinә keçmişdir. G.P.-nin beynәlxalq nüfuzu böyük idi. Bizansla qarşılıqlı sәfirlik әlaqәlәri var idi. 767/768 ildә Abbasilәr xәlifәsi әl-Mәnsurun elçilәrini qәbul etmişdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU