GÖDƏKBULAQ, X ı r d a b u l a q – İrәvan xanlığının Göyçә mahalında (9.9.1930 ildәn Basarkeçәr, 11.6.1969 ildәn Vardenis r-nu), Göyçә gölünün c.-ş. sahilindә azәrb.-ların yaşadığı kәnd. Türkmәnçay müqavilәsindәn (1828) sonra burada Türkiyәdәn köçürülәn ermәnilәr yerlәşdirilmiş, kәndin azәrb. әhalisi isә 19 әsrin sonlarında sıxışdırılıb çıxarılmışdır. 12.8.1946 ildә kәndin adı dәyişdirilәrәk Qarçaxpyur qoyulmuşdur.










