Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖL
    GÖL – quru çökәkliklәrindә (çuxurlarında) yerlәşәn, dәnizlә (okeanla) birbaşa әlaqәsi olmayan tәbii su hövzәsi. Yer kürәsindә sah. 0,01 km2-dәn çox olan 8,45 mln. G. var; bu G.-lәrin ümumi sah. tәqr. 2,7 mln. km2 (quru sah.-nin tәqr. 1,8%-i), hәcmi tәqr. 179,6 min km3-dir. Ən çox G. yüksәk rütubәtli iqlim zonalarındadır (Avrasiyanın şm. r-nları vә Şimali Amerikada). Finlandiyada G.-lәr ölkә әrazisinin 9,4, İsveçdә 8,6, RF-dә 2,1%-ini tәşkil edir. G. çuxurları tektonik, vulkanik, uçurum, buzlaq, çay, dәniz vә s. mәnşәli olur. Qәdim G.-lәrin yaşı mln. illәrlә ölçülür (mәs., Xәzәr dәnizi). Əksәr buzlaq G.-lәri tәqr. 10 min il bundan әvvәl әmәlә gәlmişdir. BaykalTanqanika әn dәrin G.-lәrdir. Qısa vә bolsulu çaylarla birlәşmiş G.-lәr göl sistemlәri yaradır (mәs., Kanada vә ABŞ-ın sәrhәdindә Böyük göllәr).
    Maralgöl.
    Baykal gölü.
    G.-lәr su hövzәsi olmaqla yanaşı hәm dә hidrobiontların (su orqanizmlәrinin) mәskunlaşdığı yerdir. Bu sәbәbdәn göl şünaslıqda G.-lәrә bir su ekosistemi kimi baxılır. Çaylardan fәrqli olaraq G. sularının dinamikası suyun sıxlığının şaquli vә üfüqi paylanmasından, külәklәrin göllәrdә yaratdığı sәth axınlarından asılıdır. Bioloji mәhsuldarlığına görә oliqotrof (azmәhsuldar, biogen maddәlәrlә kasad), evtrof (yüksәkmәhsuldar) vә hipertrof (biogen maddәlәrlә hәddindәn çox zәngin) G.-lәrini ayırırlar. G.-lәr dә hidrobiontların mövsümi inkişaf tsikllәri ilә yanaşı onlarda hәyatın sönmәsinә gәtirib çıxaran çoxillik tsikllәr dә mövcuddur. Tәkamül prosesindә bir çox G.-lәr çöküntülәrlә dolur, bitkilәrlә örtülür vә rütubәtli iqlim şәraitindә bataqlığa yaxud göl düzәnliklәrinә, quru iqlimdә şoranlıqlara çevrilir. G.-lәrdә suyun hәcmi vә bu hәcmin zaman daxilindә dәyişmәsi G.-ün su balansından (G.-ün qәbul etdiyi vә itirdiyi sulardan) asılıdır. Su balansı strukturuna vә su mübadilә tipinә görә a x a r l ı (Baykal, Oneqa, Ladoqa göllәri vә s.), t r a n z i t a x a r l ı (Boden gölündәn keçәn Reyn çayı, Sarez gölündәn keçәn Mürğab çayı vә s.) vә a x a r s ı z (Xәzәr dәnizi, Aral dәnizi, Balxaş, İssıkkul, Çad göllәri vә s.) G.-lәrini ayırırlar. Axarlı G.-lәr rütubәtli vә mülayim, axarsızlar quraq iqlim sahәlәrinә xasdır. G.-lәrdә suyun sәviyyәsi mövsümi vә çoxillik tәrәddüdlәrә mәruz qalır. İri göllәrdә mövsümi tәrәddüd nadir hallarda 1 m-i keçir, çoxillik tәrәddüd 3–7 m-ә çatır. Mülayim iqlim zonalarında yerlәşәn dәrin vә şirin sulu G.-lәrdә yay aylarında suyun temp-ru sәthdәn dәrinliyә doğru azalır, qışda isә әksinә – artır. Yaz-payız aylarında temp-r dәyişkәnliyi müşahidә olunmur. Tropik iqlim qurşaqlarının G.-lәrindә ilboyu temp-r sәthdәn dәrinliyә doğru azalır, qütb G.-lәrindә artır. G. suları minerallaşma dәrәcәsinә görә ş i r i n s u l u (duzun miqdarı 1‰-dәn az; Baykal, Oneqa, Ladoqa göllәri vә s.), ş o r s u l u, yaxud a z m i n e r a l l a ş m ı ş (1‰-dәn 25‰-әdәk; Xәzәr dәnizi, Balxaş, İssıkkul göllәri vә s.), d u z l u (35‰, bәzәn 50‰-әdәk), g ü c l ü m i n e r a l l a ş m ı ş (35‰-dәn, bәzәn 50‰-dәn yuxarı; Ölü dәniz, Baskunçak gölü vә s.) olurlar. G. sularının rәngi vә şәffaflığı ondakı asılı mineral vә üzvi maddә hissәciklәrinin miqdarından asılıdır. Tәmiz sulu vә nisbәtәn iri G.-lәr üçün mavi rәng vә yüksәk şәffaflıq (Baykal vә İssıkkul göllәrindә 40 m-әdәk) sәciyyәvidir. Bulanıqlıq artdıqca suyun rәngi yaşıl, qonur, qәhvәyi olur, şәffaflıq tәqr. 1 m-әdәk azalır. G.-lәrdә 90 min km3-dәn çox yüksәkkeyfiyyәtli şirin su toplanmışdır. Bu ehtiyatdan su tәchizatında, SES vә İESlәrdә, suvarmada, rekreasiyada, balıq tәsәrrüfatında, su nәql.-nda vә sәnayenin müxtәlif sahәlәrindә istifadә edilir. G.-lәrdәn duz, sapro pellili, müalicәvi palçıq çıxarılır.
    Azәrbaycana aid “Göl” nümunәlәri..
     
    Əd.: К а л е с н и к С.В. Ладожское озеро. Л., 1968; Р у с т а м о в С.Г., К а ш к а й Р.М. Водный баланс Азербайджанской Республики. Б., 1978; Д р а б к о в а В.Г., С о р о к и н И.Н. Озеро и его водо сбор – единая природная система. Л., 1979.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU