GÖL – dekorativ sәnәtdә, xüsusilә xalçaçılıqda geniş tәtbiq edilәn naxış elementi. Azәrb. dekorativ sәnәt nümunәlәrindә (metal, parça, keramika, divar bәzәyi, xalça vә s.) G.-ün uzunsov, dәyirmi, kvadrat, rombvari vә s. formaları mövcuddur. G. әsas element kimi kompozisiyanın mәrkәzindә olur. Belә xalçalara “göllü”, “xonçalı”, “türünclü” (Cәnubi Azәrb.) deyilir. G.-lәrin daxili sahәsi nәbati, hәndәsi naxışlar, heyvan, quş, bәzәn dә insan tәsvirlәri ilә bәzәdilir. G. elementi Avropada m e d a l y o n adı ilә yayılmışdır. Tәbrizdә toxunmuş “Şeyx Sәfi” xalçasının (1539, Viktoriya vә Albert muzeyi, London) nәbati motivli, on altı pәrli G.-ü bu elementin әn yaxşı nümunәlәrindәndir.










