GÖL, G ö l k ә n d – İrәvan xanlığının Göyçә mahalında (9.9.1930 ildәn Martuni r-nu), Göyçә gölünün sahilindә azәrb.-ların yaşadığı kәnd. 19 әsrin әvvәllәrindә bölgә Rusiya tәrәfindәn işğal edildikәn sonra burada Türkiyәdәn gәlmә ermәnilәr yerlәşdirilmişdir. 1905–06 illәrdә kәndin bütün azәrb. әhalisi qovulmuş vә kәnd ermәnilәşdirilmişdir. Sovet dövründә kәndin adı dәyişdirilәrәk Liçk qoyulmuşdur.










