GÖL – İrәvan xanlığının Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15. 5.1968 ildәn Ararat r-nu) Cığındәrә bölgәsindә azәrb.-ların yaşadığı kәnd. Sovet dövründә kәnd qonşu Cığın k.-nә birlәşdirilmiş, Cığın k. isә Gölcığın adlandırılmışdır. Kәndin örüş yerlәrindә qәbirüstü qoç vә at heykәllәri son zamanlara qәdәr qalmaqda idi.










