GÖL MAĞARASI – Ukr.-nın Ternopol vil.-ndә, Podol yüksәkliyindә, Strelkovtsı k.-nin yaxınlığındadır. 20 әsrin 1-ci yarısından mәlumdur. İkimәrtәbәli labirint sistemdәn ibarәtdir. Girişi iri karst qıfının (diametri 200 m-dәn çox, dәrinliyi tәqr. 18 m) dibindә yerlәşir. Ümumi uz. 130 km-dәn, ayrı-ayrı zalların uz. 100 m-dәn (Alliqator kahası) çoxdur. Orqan borularına bәnzәr borular (hünd. 18 m-әdәk) sәciyyәvidir; gözәl gips kristalları, stalaktitlәr vә stalaqmitlәr var; Mirvari kahasında mağara mirvarisi tapılmışdır. Havanın temp-ru tәqr. 10°C, rütubәt 80–100%-dir. 20-dәn çox kiçik vә dayaz axarlı göl kәşf olunmuşdur. Dövri olaraq 10–15 ildәn bir suyun sәviyyәsi qalxaraq yeraltı boşluqları doldurur vә nәticәdә mağaraya giriş bir neçә il mümkün olmur (mәs., 1991–95 illәrdә). Mәşhur turizm obyektidir.

Göl mağarası.










