GÖLAYSOR, T ü r k G ö l ü, A y s o r g ö l – İrәvan xanlığının Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Millidәrә bölgәsindә, Dәvәgözü çayının yuxarı axarında, azәrb.-ların yaşadığı kәnd. Əvvәlllәr Türk gölü adlanmışdır. 1828 il Türkmәnçay müqavilәsindәn sonra buraya İrandan ermәni vә aysorlar köçürülmüş vә aysorular çoxluq tәşkil etdiyindәn kәnd Aysorgöl, Gölaysor adlanmışdır. 1918–20 illәr ermәni-daşnakları tәrәfindәn kәndin azәrb. әhalisi kәnddәn qovulsa da, bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra onların bir hissәsi geri qayıda bilmişdir. 1949 il deportasiyası zamanı kәndin bütün azәrb. әhalisi Azәrb.-a köçürülmüş, aysorlar isә assimilyasiyaya mәruz qalmışlar.










