GÖLCIĞIN, C ı ğ ı n – İrәvan xanlığının Vedibasar mahalının (9.9.1930 ildәn Vedi,15.5.1968 ildәn Ararat r-nu) Cığındәrә bölgәsindә, Vedi çayının sağ qolu olan Arxaşannın kәnarında azәrb.-ların yaşadığı kәnd. Ərazisindә qәdim mәbәd qalıqları vә qәbirüstü abidәlәr mövcud idi. 1918–20 illәrdә kәnd ermәni daşnakları tәrәfindәn dağıdılmış, әhalisi qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra kәnddә yenidәn mәskunlaşmış azәrb.-lılar 1949 ildә Azәrb.-a deportasiya olunmuş kәnd isә xaraba qalmışdır.










