GÖLKƏND, Q a r a q o y u n l u – Yelizavetpol (Gәncә) qub.-nın Qazax qәzasında (9.9.1930 ildәn Dilican, 31.12.1937 ildәn Krasnoselsk r-nu), Tәrsa çayının sağ sahilindә, Murğuz vә Cantәpә d-rının әtәyindә azәrb.-ların yaşadığı kәnd. 1919 ilin yazında ermәni tәcavüzünә mәruz qalmış vә qovulmuş әhalisi Azәrb.-ın müxtәlif r-nlarına sığınmışdır. Bölgәdә sovet hakimiyyәti qurulandan sonra әhali geri qayıdaraq, kәndi yenidәn mәskunlaşdırmışdır. 1937 ildә G. k. Dilican r-nunun tabeliyindәn çıxarılaraq yeni tәşkil olunmuş Krasnoselsk (Çәmbәrәk) r-nunun tәrkibinә qatılmışdır. 1988 ildә kәnd әhalisi qalaraq Azәrb.-a deportasiya olunmuşdur. 19.4.1991 ildә G.-in adı dәyişdirilәrәk Ayqut qoyulmuşdur.










