GÖLLÜ – İrәvan qub.-nın Aleksandropol (Gümrü) qәzasında (9.9.1930 ildәn Amasiya r-nu), Arpa gölünün şm.-ında azәrb.-ların yaşadığı kәnd. 1918–20 illәrdә ermәnilәr kәndi dağıtmış, әhalisinin bir hissәsini qәtlә yetirmiş, sağ qalanlar isә Türkiyә әrazisinә sığınmışlar. Bölgәdә Sovet hakimiyyәti qurulduqdan sonra әhalinin bir hissәsi geri qayıda bilmişdir. 1988 ildә kәndin әhalisi zor tәtbiq edilmәklә Azәrb.-a deportasiya olunmuşdur. Kәndin әrazisindә qәdim qala vә alban kilsәsi qalıqları var idi.










