GÖLMƏÇƏ İLBİZLƏRİ (Lymnaeidae) – oturaqgözlü, ağciyәrli qarınayaqlı mollyusklar fәsilәsi. Çanağı sağa burulmuşdur, forması konusşәkillidәn qulaqşәkilliyә qәdәrdir; hünd. 5 mm-dәn 70 mm-әdәk olur. 100-dәn artıq növü var. Şirin sularda yaşayır; müxtәlif növlәri müxtәlif su hövzәlәrinә, iti axan soyuq çaylardan dәrin göllәr vә vaxtaşırı quruyan gölmәçәlәrәdәk uyğunlaşmışdır. Bitkiyeyәn vә hәrşey yeyәndir; özlәri quşların vә balıqların qidasıdır. Azәrb.-ın şirin sularında çox yayılmışdır. G.i.-nin bәzilәri parazit qurdların aralıq sahibidir; mәs., qaraciyәr sorucusunun sürfәlәri çaybasarların bataqlıq hissәlәrindә rast gәlinәn, suyun sәthinә qalxmadan (ağ ciyәrlәri su ilә dolu olduqda) dağlıq vә şm. su hövzәlәrindә yaşayan kiçik gölmәçә ilbizindә [Lymnaea (Galba) truncatula] inkişaf edir.

Kiçik gölmәçә ilbizi (Lymnaea (Galba) truncatula).










