GÖLYERİ – Azәrb. Resp. Yardımlı r-nunun Şıxlar ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 18 km şm.-ş.-dә, Burovar silsilәsinin yamacındadır. Əh. 493 (2017); heyvandarlıq vә әkinçiliklә mәşğuldur. Ümumi orta mәktәb var. Kәnddә e.ә. 5–4 әsrlәrә aid küp qәbirlәri aşkar edilmişdir.










