Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖMRÜK İTTİFAQI
    GÖMRÜK İTTİFAQI – beynәlxalq iqtisadi inteqrasiya forması, yaxud bu cür inteqrasiya prosesinin bir mәrhәlәsi; vahid gömrük әrazisinin vә üçüncü ölkәlәrә münasibәtdә xarici ticarәtin tariflә, yaxud tarifsiz tәnzimlәnmәsinin vahid sisteminin yaradılmasını nәzәrdә tutan ölkәlәrin birliyi. G.i.-nda iki vә ya bir neçә gömrük әrazisi bir gömrük әrazisi ilә әvәzlәnir vә bu zaman: 1) ittifaq iştirakçıları arasında faktiki olaraq bütün ticarәtdә rüsumlar vә ticarәt tәnzimlәmәsinin digәr mәhdudlaşdırıcı tәdbirlәri lәğv edilir; 2) razılaşdırılmış rüsumlar vә ticarәt tәnzimlәnmәsinin digәr tәdbirlәri hәr bir ittifaq üzvü tәrәfindәn ittifaqa daxil edilmәyәn әrazilәrlә ticarәtә münasibәtdә tәtbiq edilir. G.i. inteqrasiya olunmuş mәkanda hәm ittifaqa üzv ölkәlәrdә istehsal olunmuş malların, hәm dә üçüncü ölkәlәrin gömrükdәn keçirilmiş mallarının tam azad hәrәkәtini tәmin edir. G.i. iştirakçıları vahid xarici ticarәt siyasәti hәyata keçirirlәr. Onun reallaşması üçün әksәr hallarda üçüncü ölkәlәrә münasibәtdә xarici ticarәtin tariflә vә tarifsiz tәnzimlәnmәsi sәlahiyyәtlәrinin verildiyi xüsusi fövqәlmilli tәnzimlәyici orqan yaradılır. G.i. dövlәtlәrarası saziş әsasında yaradılır vә fәaliyyәt göstәrir. G.i.-ları 19 әsrdәn formalaşmağa başlamışdır. Ilk G.i.-larından biri Fransa ilә Monako arasında bağlanmışdı (1865). 1924 ildә İsveçrә ilә Lixtenşteyn knyazlığı arasında G.i. bağlanmışdı. Tariflәr vә ticarәt haqqında baş saziş (1947), Avropa İqtisadi Birliyinin (AİB) yaradılması haqqında Roma müqavilәsi (1957), Avropa İttifaqı haqqında Maastrixt müqavilәsi (1992), MDB ölkәlәri arasında azad ticarәt zonasının yaradılması haqqında saziş (1994), Ümumdünya Ticarәt Tәşkilatının yaradılması haqqında müqavilә (1993) vә s. inkişaf etmiş vә inkişaf etmәkdә olan ölkәlәr arasında bağlanmış G.i.-larına misaldır. Bu müqavilә vә sazişlәr üzv dövlәtlәr arasında ticarәt münasibәtlәrindә bütün mәhdudiyyәtlәrin aradan qaldırılmasını, üçüncü ölkәlәrlә ticarәtdә ümumi gömrük tarifinin tәtbiqini nәzәrdә tutur vә gömrük sahәsindә әmәkdaşlığı geniş aspektdә iqtisadi әmәkdaşlıqla sıx әlaqәli şәkildә tәnzimlәyir. ÜTT-nin mәlumatlarına görә 24 beynәlxalq saziş әsasında 16 G.i. fәaliyyәt göstәrir (2015). G.i. vә ona qoşulma haqqında sazişlәr ÜTT-dә qeydiyyatdan keçәn regional ticarәt haqqında sazişlәrin ümumi sayının 6%-ni tәşkil edir. G.i.-larının digәr birliklәrlә müqayisәdә nisbәtәn az yayılması onun formalaşmasındakı praktiki çәtinliklәrlә, konkret olaraq, vahid xarici ticarәt siyasәtinin işlәnib hazırlanması vә fövqәlmilli institutlar sisteminin yaradılması tәlәblәri ilә bağlıdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU