GÖMRÜK MƏCƏLLƏSİ – gömrük işinin hüquqi, iqtisadi vә tәşkilati әsaslarını müәyyәn edәn sistemlәşdirilmiş qanunvericilik aktı. G.m.-ndә yüklәrin yoxlanması vә saxlanması, gömrük rüsumlarının tutulması qaydaları vә s. әksini tapır. Azәrb. Resp.-nın G.m. (2011) Azәrb. Resp.-nın iqtisadi tәhlükәsizliyinin, suverenliyinin vә madünya tәsәrrüfat sistemi ilә әlaqәlәrinin genişlәnmәsinә, gömrük işi sahәsindә tәsәrrüfat subyektlәrinin, fiziki şәxslәrin vә dövlәt orqanlarının hüquqlarının müdafiәsinin tәmin olunmasına, onların öz vәzifәlәrini tam yerinә yetirmәlәrinә yönәlәn qanundur. G.m. gömrük qaydalarının pozulması vә qaçaqmalçılığa görә (növündәn asılı olaraq) inzibati, yaxud cinayәt mәsuliyyәti müәyyәn edir.










