GÖMRÜK SİYASƏTİ – dövlәtin xarici ticarәt fәaliyyәtinin tәrkib hissәsi; malların ixracı vә idxalı hәcmini, strukturunu vә şәrtlәrini tәnzimlәyir (bax Gömrük tarifi, Gömrük rüsumları). 17–18 әsrlәrdә aparıcı dünya ölkәlәrinin G.s. ticarәt burjuaziyasının maraqlarını әks etdirmiş vә aktiv ticari balansın tәmin edilmәsinә yönәlmişdi. Yüksәk gömrük rüsumları hәm fiskal sәciyyә daşıyır, hәmdә idxalın mәhdudlaşdırılması üçün istifadә edilirdi (bax hәmçinin Merkantilizm). Sәnayenin sürәtli inkişafı dövründә (18 әsrin sonlarından) G.s. yüksәk güzәştli rüsumların tәtbiqi vasitәsilә milli sәnayelәrin yaranmasına yardım göstәrmişdir. 20 әsrdәn G.s. inhisarların satış bazarları, kapital qoyuluşu sferaları uğrunda mübarizәsindә, iqtisadiyyatın dövlәt tәrәfindәn tәnzimlәnmәsi üçün vasitә kimi istifadә olunmuşdur. 30-cu illәrdә dünya iqtisadiyyatında böhran (1929–33 vә 1937–38) ilә әlaqәdar aşırı proteksionist sәciyyә daşıyan G.s. idxal rüsumlarının artırılmasında әksini tapırdı (bax Proteksionizm). 2-ci dünya müharibәsindәn (1939–45) sonrakı ilk illәrdә Qәrbi Avropa ölkәlәrinin G.s. gömrük maneәlәrinin zәiflәdilmәsinә yönәldilmişdi, çünki bu ölkәlәr istehlak mallarının, elәcә dә müharibәnin dağıtdığı tәsәrrüfatı bәrpa etmәk üçün gәrәkli olan avadanlığın kәskin çatışmazlığı ilә üz-üzә qalmışdı. Qәrbi Avropada bәrpa dövrünün başa çatması, sәnaye istehsalının artması, milli mәhsulun satışı ilә bağlı çәtinliklәr bir sıra malların idxalında gömrük maneәlәrinin sәrtlәşdirilmәsinә sәbәb oldu. Müasir mәrhәlәdә inkişaf etmiş ölkәlәrin G.s.-ndә proteksionizmlә iqtisadi ekspansiya meyillәri birlәşir. Bununla yanaşı, aparıcı dünya ölkәlәri G.s.-ni qloballaşma şәraitinә, inkişaf etmәkdә olan ölkәlәrin milli iqtisadiyyatlarının güclәnmәsinә, beynәlxalq iqtisadi әmәkdaşlığın inkişafına uyğunlaşdırır. İ n k i ş a f e t m ә k d ә o l a n ö l k ә l ә r i n G.s. iqtisadi vә siyasi müstәqilliyin tәmin olunması, milli iqtisadiyyatın möhkәmlәndirilmәsi vә inkişafı maraqlarına xidmәt edir vә açıq proteksionist sәciyyә daşıyır. Mәs., maşın vә avadanlıqlar, kimyәvi mәhsullar vә metallar minimal tarif dәrәcәlәri ilә idxal olunur. K.t. malları, bir qayda olaraq, rüsumsuz ixrac edilir. Geyim, ev әşyaları üçün dәrәcәlәr nisbәtәn yüksәkdir; zinәt әşyalarına vә alkoqollu içkilәrә maksimum tarif dәrәcәlәri qoyulur. Azәrb. Resp.-nda G.s.-nin mәqsәdi Azәrb. Resp.-nın gömrük әrazisindә gömrük nәzarәti vә mal dövriyyәsinin tәnzimlәnmәsi vasitәlәrindәn daha sәmәrәli istifadәnin tәmin edilmәsi; Azәrb. Resp.-n da daxili bazarın qorunması; milli iqtisadiyyatın inkişafının stimullaşdırılması; dövlәtin iqtisadi siyasәtindәn irәli gәlәn vәzifәlәrin yerinә yetirilmәsinә yardım edilmәsi; Azәrb. Resp.-nın Konstitusiyasına, Azәrb. Resp.-nın CM-ә vә digәr qanunvericilik aktlarına uyğun müәyyәn edilәn digәr mәsәlәlәrdir.










