GÖMRÜK YIĞIMLARI – gömrük orqanları tәrәfindәn müәyyәn fәaliyyәtә görә tutulan icbari ödәmәlәr. G.y.-na lisenziya, yaxud kontingent, statistika, marka, dәbdәbә vergisi, gömrük әmәliyyatlarının (rәsmilәşdirmә, müşayiәt, saxlama, icazәnamәnin verilmәsi, mәslәhәt vә s.) aparılması vә sәnәdlәrin (banderol şәklindә, ştempelli, yaxud gerbli) rәsmilәşdirilmәsi, әmtәәlәrin damğalanması vә plomblanmasi, çәkilmәsi, anbara yığılma, qorunması vә s. üçün yığımlar daxildir. Milli gömrük qanunvericiliyi vasitәsilә G.y.-nın növü, tarifi, ödәyicilәri, hesablanma qaydası vә ödәniş müddәti müәyyәn edilir. Qanunvericiliklә G.y.-nı ödәmәdәn azad olma halları da (humanitar yardım, diplomatik poçt, sәrgi eksponatları, idman inventarı, şәxsi istifadә mәhsulları vә s.) nәzәrdә tutulur.










