GÖMÜR MİNERAL SU BULAĞI – Azәrb. Resp. Şahbuz r-nu (Nax. MR) әrazisindә, Gömür k.-ndәn 3 km c.-q.-dә, Gömür çayının sol sahilindә, dәniz sәviyyәsindәn 2000 m hünd.-dәdir. 7 bulaqdan ibarәtdir. Bulaqlardan intensiv surәtdә hidrogen-sulfid qarışığı ilә birlikdә karbon qazı ayrılır. Suyun temp-ru 15,4–20°C, debiti 230 m3/gün, sәrbәst karbon qazının miqdarı 1,3 q/l-dir. Sular büzücü xarakterlidir vә xoşagәlmәz dada malikdir.
Balneoloji tәrkibi:

Suyu karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı, kalsiumlu-natriumlu-maqneziumludur. Sudan vannalar şәklindә revmatizm, dәri vә s. xәstәliklәrin müalicәsindә istifadә olunur.










