GÖNLÜСƏLƏR (Eptesicus) – gönlüсәlәr fәsilәsindәn yarasa cinsi. Bәdәninin uz. 3,5–8 sm, kütlәsi 5–40 q; dişilәr erkәklәrdәn iridir. Üzü qısalmış, iridir, orta ölçülü qulaqlarının ucu dәyirmidir. Belindәki xәz ipәk parıltılıdır. Müxtәlif cücülәrlә qidalanır. 17 növü hәr yerdә yayılmışdır; Azәrb.-da 32 növü qeydә alınıb. Ən iri növü olan dağ gönlücәsi (E. serotinus) Şimali Avropa vә Aralıq dәnizi әrazisindәn Qazaxstan, Orta Asiya, Kәşmir, Himalay d.-larına vә Cәnub-Şәrqi Çinә qәdәr rast gәlinir. Müxtәlif, hәmçinin antropogen landşaftlarda yaşayır. Adәtәn, tikililәrdә, bәzәn qaya çat larında iri koloniyalarla yuvalayır. Toranlıqda ova çıxır. Uçuşu asta, sakit, lakin manevrlidir. Ovunu havada tutur, yaxud substratdan götürür. Diş sisteminin quruluşu әsasında birlәşdirilәn yarasa cinslәri qrupuda G. adlanır.










