GÖRMƏ DAİRƏSİ, g ö z d ә – insanın gözünü vә başını hәrәkәt etdirmәdiyi vәziyyәtdә görmә ilә qavranılan mәkan. Onun sәrhәddi tor qişanın optik kor hissәyә söykәnәn optik fәaliyyәt hissәsi ilә müәyyәn edilir. G.d., hәmçinin üzün çıxıntı hissәlәri – burunun beli vә göz yuvasının üst kәnarı ilә mәhdudlaşır. Onun periferik vә mәrkәzi şöbәlәri var. Periferik şöbәlәr qeyri-müntәzәm qıcıqlara, mәs., hәrәkәtdә olan cisimlәri qavramağa daha hәssasdır; onu periferik görmә (fotoreseptorlarla–çubuqcuqlarla hәyata keçirilir) adlandırırlar. G.d.-nin mәrkәzi şöbәlәri sarı lәkәnin proyeksiyasında yerlәşmәklә, kolbacıqlarla hәyata keçirilәn mәrkәzi görmәni tәmin edir. G.d.-nin hәmçinin parasentral şöbәlәri dә ayırd edilir. Görmәdә bir vә ya hәr iki gözün iştirak etmәsindәn asılı olaraq monokulyar vә binokulyar G.d. fәrqlәndirilir (klinik tәcrübәdә adәtәn, monokulyar G.d. yoxlanılır). G.d.-nin tәyin edilmәsi üçün, әsasәn, instrumental müayinәlәr – peri metriya [bu üsulda G.d.-nin sәrhәdlәri tәyin edilir vә görmә vasitәsilә dәrketmәnin qüsurları (skotomalar) aşkar edilir] vә kompimetriya (bu üsul G.d.-nin mәrkәzi vә parasentral şöbәlәrini müayinә etmәyә vә kor lәkәnin lokalizasiyasını vә ölçüsünü tәyin etmәyә imkan verir) üsulları istifadә olunur. G.d.-nin patoloji dәyişikliklәri daha çox qlaukomada, tor qişanın, görmәsinirinin vә baş beynin xәstәliklәrindә müşahidә olunur. G.d. yarısının (bax Hemianopsiya) vә G.d. kvadrantlarının (kvadrianopsiya) itmәsinin aşkar edilmәsinin mühüm diaqnostik әhәmiyyәti vardır. Bax hәmçinin Göz, Görmә.










