GÖRMƏ SİNİRİ – mәmәli heyvanlarda vә insanda kәllә-beyin sinirlәrinin ikinci cütü. Gözün tor qişası hissi hüceyrәlәrinin qәbul etdiyi görmә qıcıqlarını baş beyinә ötürür. Fәrdi inkişafda özünü baş beynin yan fırı kimi göstәrәn göz mayası әsasının sıx hissәsindәn – göz gövdәciyindәn әmәlә gәlir. Göz gövdәciyinә, sonradan baş beyinә daxil olan tor qişanın qanqlioz hüceyrәlәrinin çıxıntıları (aksonlar) girir. Belәliklә, bu sinir әslindә aralıq beyin nüvәlәri vasitәsilә böyük beyin yarimkürәlәri qabığı ilә әlaqәlәndirilmiş vә xaricә çıxan beyin yoludur. G.s. liflәri dәstәsi arasında tor qişanın mәrkәzi arteriyası vә venası yerlәşir. Kәllә boşluğunda hәr iki gözün G.s. yaxınla şır vә hipofizdәn qabağa pazşәkilli sümüyün türk yәhәri üstündә içәri liflәr çarpazlaşaraq görmә çarpazını (xiazma) әmәlә gәtirir. Burada hәr gözün nazal (burun) tәrәfindәn gәlәn aksonlar bir tәrәfdәn o biri tәrәfә keçir.










