GÖRÜNMƏYƏN ƏL, b a z a r ı n g ö r ü n m ә y ә n ә l i – ayrı-ayrı fәrdlәrin ilkin mәqsәd fәaliyyәtlәrindәn asılı olmayaraq, yaxud hәtta onlara rәğmәn ümumfaydalı iqtisadi nәticәlәrә nailolmanı tәmin edәn güclәri obrazlı şәkildә ifadә etmәk üçün A.Smitin işlәtdiyi anlayış. İqtisad elmi inkişaf etdikcә belә güclәr bazar mexanizminin qanunauyğunluqları ilә eynilәşdirilәrәk bazarın görünmәyәn әli adlandırıldı. 19 әsrin sonlarına qәdәr “G.ә.” anlayışı, әsasәn, iqtisadi liberalizm siyasәtinin tәrәfdarları vә әleyhdarları arasındakı müzakirәlәr dә istifadә edilirdi. sonradan, iqtisad elminin neoklassik cәrәyanının inkişafı ilә әlaqәdar, hәmin anlayışın tәtbiq sferası genişlәnmiş, mәzmunu isә dәyişmişdir. Hәm A.Smitin özünün sosial-iqtisadi baxışlarını, hәm dә, bazar mexanizminin fәaliyyәt xüsusiyyәtlәrini xarakterizә etmәk üçün bugün dә elmi, tәdris vә populyar әdәbiyyatda “G.ә.” anlayışından üçün geniş istifadә olunur.










