Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖTE 
    GÖTE (Goethe) İohann Volfqanq fon (28.8.1749, Frankfurt-Mayn – 22.3.1832, Veymar) – alman yazıçısı, mütәfәkkir, tәbiәtşünas. Almaniyada Maarifçilik dövrü әdәbiyyatının görkәmli nümayәndәsi, yeni dövr alman әdәbiyyatının banilәrindәndir. Varlı bürger (atası İohann Kaspar fon Göte imperiya müşaviri, hüquq doktoru idi) ailәsindә doğulmuşdur. 1765−68 illәrdә Leypsiq un-tindә hüququ öyrәnmişdir. İlk әdәbiyatının yaradıcılıq nümunәlәri (anakreontik motivli “Sevәnlәrin şıltaqlığı” pastoral pyesi, 1768; 1769 ildә anonim nәşr olunmuş “Yeni nәğmәlәr” ilk şeirlәr toplusu) rokoko poeziyasına yaxın olmuşdur. “Cinayәt yol daşları” (1768–69) komediyası fransız klassisizmi vә maarifçi rasionalizm ruhundadır. Strasburq un-tindә (1770−71) tәhsilini tamamlamışdır. Bu dövrdә İ.Q.Herderlә tanış olmuş, “Fırtına vә tәzyiq” hәrәkatında iştirak etmiş, U.Şekspirin yaradıcılığı, Ossianın nәğmәlәri, xalq poeziyası ilә tanış olmuşdur. “Faust” faciәsinin ilk qeydlәri, hәmçinin kәnd keşişinin qızına olan sevgisindәn yaranan “Zezenheym nәğmәlәri” burada yazılmışdır. 1771 ildә Frankfurt-Mayna qayıtmış, “Şekspir gününә” nitqini, “Sәyyahın fırtına nәğmәsi”, “Prometey”, “Mәhәmmәdin nәğmәsi” şeirlәrini yazmışdır. Şekspir üslubunda yazılmış antiklassisistik “Dәmir әlli Göts fon Berlixingen” (1773) dramı alman milli teatr tarixinin әsasını qoymuşdur. Hәm әdәbi mәnbәlәr, hәm dә müәllifin hәyatındakı real hadisәlәrdәn qaynaqlanan vә mәktublar formasında yazılan “Gәnc Verterin iztirabları” (1774) romanı G.-yә ümumavropa şöhrәti gәtirmişdir. Romanın yanlış qәbulundan (Verteri tәqlid edәrәk bir neçә gәnc intihar etmişdi) sonra artıq “Fırtına vә tәzyiq” poetikasından uzaqlaşmış G. 1787 ildә әsәrin yeni, daha tәkmil redaksiyasını yaratmışdır. G. 1775 ildә hersoq Karl Avqustun dәvәti ilә Veymara köçmüşdür. 1779 ildәn gizli müşavir, 1782 ildәn kamer-prezident olmuş, zadәgan rütbәsinәdәk yüksәlmişdir. Bu dövrdә G. üçün bәdii yaradıcılıq 2-ci plana keçmiş, inzibati vә tәsәrrüfat fәaliyyәti ilә bәrabәr tәbiyyat elmlәri ilә dә mәşğul olmuşdur. Zoologiya, botanika (“Bitki metamorfozu”, 1790), osteologiya vә anatomiya (1786 ildә insanın ara әng sümüyünü kәşf etmişdir), optika, rәng nәzәriyyәsi, meteorologiya, geologiya vә mineralogiyaya dair tәdqiqatları var. Dünya haqqında canlı bütövlük kimi tәsәvvürü G.-nin “morfologiya”, “prafenomen”, “metamorfoz” kimi naturfәlsәfi anlayışlarında әksini tapır. Naturfәlsәfi problemlәrә müraciәt etmәsi hәm dә onun lirikasında dәyişikliyә sәbәb olmuşdur: “Harsa qış sәfәri” (1777); “İlahi” (1782); “İlmenau” (1783);iki “Sәyyahın gecә nәğmәlәri” (1776, 1780) şeirlәrindә subyektiv duyğuları insanın hәmçinin tәbiәtә tabeliyini әks etdirәn hisslәr әvәz edir. Tәbiәtin әsrarәngiz sehri “Balıqçı” (1778), “Meşә hökmdarı” (1782) mәşhur balladalarında tәrәnnüm olunur. Veymar sarayındakı mürәkkәb qarşılıqlı münasibәtlәrdәn yorulan G. İtaliyaya gizli sәyahәt etmişdir. Bu sәfәrin tәәssüratları Veymar klassisizmi estetikasının әsası olmuşdur. “Eqmont” faciәsi (1788), “Torkva to Tasso” dramı (1790 ildә nәşr olunmuşdur), “İfigeniya Tavriddә” (1787), Qәdim Roma şairlәrinin mәhәbbәt lirikasından ilham alaraq yazdığı “Roma elegiyaları” (1795 ildә nәşr olunmuşdur) bu dövr dә yazılmışdır. İtaliyaya ikinci sәfәri (1790) şairi mәyus etmişdir (ironik-polemik “Venesiya epiqramları”, 1796). G. Fransa inqilabını ilk vaxtlar komik planda qәbul etmişdir: “Böyük Kofta” (1792), “Vәtәndaş general”, “Qiyamçılar” (hәr ikisi 1793) komediyaları. “Herman vә Doroteya” mәnzum dastanında (1797) kәnd hәyatının idilliyası ilә yanaşı mühacirlәrin dramatik taleyi tәsvir olunmuşdur. Dünya tarixindә yeni sәhifә açmış bir hadisә kimi Fransa inqilabının böyüklüyünü G. 1792−93 illәrdә Fransada hәrbi kampaniya zamanı dәrk etmişdir. Onun Fransanın hәrbi әmәliyyatı haqqında düşüncәlәri Fransada “1792 il kampaniyası” vә “Maynsın mühasirәsi” (hәr ikisi 1822) adlı avtobioqrafik әsәrlәrindә әksini tapmışdır. G. 1794 ildә F.Şiller tәrәfindәn “Die Horen” jurnalına әmәkdaşlıq üçün dәvәt olunmuş, elә hәmin ildә onun heyvanlar haqqında “Tülkü Reineke” satirik eposu işıq üzü görmüşdür. 1794−95 illәrdә “Die Horen” jurnalında әnәnәvi Avropa tәhkiyә süjetlәri әsasında qurulmuş ”Alman mühacirlәrinin söhbәtlәri” romanını nәşr etdirmişdir. Alman “tәrbiyә romanı”nın klassik nümunәsi olan “Vilhelm Meysterin tәhsil illәri” (1795−96 illәrdә nәşr olunmuşdur) romanında şәxsiyyәtin sosial vә mәnәvi tәşәkkül tarixi әksini tapmışdır. 1797 ildә yazıçının çap etdirdiyi bir sıra balladaları (“Dәfinәaxtaran”, “Sehrbazın şagirdi”, “Korinfli gәlin”, “Allah vә rәqqasә” vә s.) dünya şöhrәti qazanmışdır. “Propileilәr” (1798–1800), “İncәsәnәt vә qәdimlik haqqında” (1816–28) jurnallarını vә “Yena ümümi әdәbiyyat qәzeti” ni nәşr etmişdir. 1808 ildә G. Erfurt konqresindә iştirak etmiş, I Napoleonla hәmsöhbәt olmuşdur. Bu dövrdә “Faust” faciәsinin birinci hissәsini bitirmiş, avtobioqrafik “Hәyatımın poeziyası vә hәqiqәti” әsәrini (4 cilddә, 1811−33 illәrdә nәşr olunmuşdur) yazmağa başlamış, 1813 ildәn yeni avtobioqrafik ”İtaliya sәyahәti” (3 cilddә, 1816−29 illәrdә nәşr olunmuşdur) әsәri üzәrindә işlәmişdir. Hafizin şeirlәrindәn (Y. fon Hammerin tәrcümәsindә) elәcә dә Marianna fon Villemerә olan sevgisindәn ilhamlanan G. 1814–19 illәrdә “Qәrb-Şәrq divanı” adlı poetik silsilә yaratmışdır. İdillik, patriarxal Şәrqi o, sevgi, poeziya vә dinin canlı, harmonik vәhdәti, “eşq, şәrab vә nәğmә diyarı” kimi vәsf etmişdir. G. divanında böyük Azәrb. şairi Nizami Gәncәviyә yüksәk qiymәt vermiş, ondan öyrәndiyini göstәrmiş, ona şeir (“Oxu kitabı”) hәsr etmişdir. 1816 ildәn “Faust” (2-ci hissә) üzәrindә işini davam etdirmişdir. 1829 ildә “Vilhelm Meysterin sәyahәt illәri” romanı nәşr olunmuşdur. G.-nin son dövr publisistikası olduqca geniş maraq dairәsi ilә sәciyyәlәnmişdir. Yazıçı Avropa әdәbi hәyatının mühüm hadisәlәrinә münasibәt bildirmiş, aparıcı Avropa jurnalları ilә yazışmış, C.Bayron, F.R. de Şatobrian, V.Hüqo, P.Merime vә b.-larının yaradıcılığına yüksәk qiymәt vermiş, müxtәlif milli әdәbiyyatlara maraq göstәrmişdir. 1831 ildә G. “Faust” faciәsinin ikinci hissәsini tamamlamaqla, dünya әdәbiyyatının әn möhtәşәm nümunәlәrindәn birini yaratmışdır. Bu әsәrlә yazıçı Avropada Maarifçilik ideyalarının inkişafına yekun vurmuşdur. Orta әsrlәr feodal tәsәvvürlәrini alt-üst edәn, insanın yaradıcı qüvvәsinә böyük inam ifadә edәn bu humanist әsәrdә şәxsiyyәt azadlığı vә lәyaqәti, insan zәhmәtinin ecazkar gücü, sadә xalqa mәhәbbәt tәrәnnüm olunmuşdur. G. әsәrlәrinin mövzuları bir çox rәssam vә bәstәkarı ruhlandırmışdır. E.Delakruanın “Faust”a illüstrasiyaları mәşhurdur. L.Bethoven “Eqmont” mövzusunda musiqi bәstәlәmiş (1810), Ş.Quno “Faust” (1859), A.Boyto “Mefistofel” (1868) operalarını, H.Berlioz “Faustun ittihamı” (1846) oratoriyasını yazmışdır. “Faust” hәlә 20 әsrin әvvәllәrindәn parçalar halında, sonradan isә tam halda (mütәrcimi Əhmәd Cәmil) Azәrb. dilinә tәrcümә edilmiş vә nәşr olunmuşdur. “Gәnc Verterin iztirabları” romanı, habelә bir sıra şeirlәri Azәrb. dilinә tәrcümә olunmuşdur.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU