GÖTEBORQ – İsveçin c.-q. sahilindә şәhәr. Vestra Götalandleninin inz. m. Əh. 592 min (2018). Əhalisinin sayına görә ölkәnin ikinci (Stokholm ş.-ndәn sonra) şәhәri. Göta-Elv çayının Katteqat boğazına töküldüyü yerdә ölkәnin әn böyük portu. Mühüm nәql. qovşağı. Stokholm sәnaye r-nu vә Eresunn–Malmyö r-nundan sonra ölkәnin dinamik inkişaf edәn üçüncü sәnaye mәrkәzi. Kil (Almaniya), Frederik shavn (Danimarka), Nyukasl (B. Britaniya) şәhәrlәri ilә bәrә әlaqәsi var. Beynәlxalq Landvetter aeroportu. 1619 ildә İsveç kralı II Qustav Adolf tәrәfindәn 12–14 әsrlәrdә krallığın xarici ticarәtindә mühüm rol oynamış rayonda salınmışdır. 1621 ildә şәhәr hüququnu almışdır. Şәhәr İsveçin q. sahillәrindә әsas dәniz darvazası vә әsas qala idi. 17 әsrin sonlarınadәk Şimali Avropada әn möhkәm qala idi. G.-un çiçәklәnmәsi vә sürәtli inkişafı 1731 ildә öz iqamәtgahını bura köçürmüş İsveçin Ost-Hind şirkәtinin fәaliyyәti ilә bağlıdır. 1806–14 illәrdә Napoleon Fransası B.Britaniyanı kontinental blokadaya aldıqda, G. Britaniya xarici ticarәtinin әsas yükboşaltma mәntәqәsi idi. 19 әsrin sonlarından iri sәnaye mәrkәzidir. Şәhәrin tarixi mәrkәzi 1644 ildә holland memarları tәrәfindәn işlәnib hazırlanmış müntәzәm plan әsasında qurulmuşdur. Küçә vә kanalların düzbucaqlı şәbәkәsi girintili-çıxıntılı xәtt üzrә yerlәşәn qala vә xәndәklәr ilә hüdudlanır; “Şir” (1689) vә “Tac” (1700, hazırda Hәrbi muzey) istehkamları qorunub saxlanılmışdır. 19 әsrin әvvәllәrindә şәhәr istehkamları dağıdılaraq, köhnә G.-un sәrhәdini әhatә edәn parklar qurşağı ilә әvәz olunmuşdur. Ratuşa binasının (1669, memar Böyük N.Tessin; klassisizm üslubunda fasadlar, 1814–18, Y.Haqberq; Ratuşaya birlәşәn Şәhәr mәhkәmәsinin korpusu, 1834–37, memar E.Q.Asplund) yerlәşdiyi Qustav Adolf meydanı ansamblı, Ost-Hind şirkәtinin binası (tәqr. 1740, memar K.Horleman), Kristina kilsәsi (1648, 1746–80 illәrdә yenidәn qurulmuşdur), klassisizm üslubunda baş kilsә (1633, 1802–25 illәrdә yenidәn tikilmişdir, memar K.V.Karlberq), vağzal (1856, mühәndis A.Edelsverd), neoqotik üslubda balıq bazarı (1874, memar V. fon Gegerfelt), Ticarәt mәrkәzi (1966–72, S.Uayt), Şәhәr kitabxanası (1967, R.Lund, A.Valentin), “Skanska” fin tikinti firmasının ofisi (1989, R.Erskin); 20 әsrdә Götaplatsen meydanının simmetrik ansamblı: Rәssamlıq muzeyi (1861; neoklassisizm üslubunda bina, 1923, memar A.Rondal), “Göteborqs konserthus” konsert zalı (1931–35, 1934 ildә açılmışdır, N.E.Erikson), Şәhәr teatrı (1934, K.Berqsten), meydanın mәrkәzindә “Poseydon” fontanı (1930, heykәltәraş K.Milles) yaradılmışdır.

Göteborq şәhәrindәn görünüş.
G. un-ti [1891;1992 ildәn Ali Musiqi Mәktәbi (1954), Teatr vә Opera Ali Mәktәbi (1964)] Çalmers texnologiya un-ti (özәl, 1829); un-tlәr nәzdindәki elmi mәrkәzlәrdә tәdqiqatlar aparılır, o cümlәdәn biotexnologiya üzrә Çalmers Biomәrkәzindә vә s. intlar: iqtisad, texniki, tibb, informasiya texnologiyaları; muzeylәr: tәbiyyat tarixi (1833), şәhәr, arxeoloji, etnoqrafiya, incәsәnәt (hamısı 1861 ildәn), dekorativ sәnәtlәr vә sәnәtkarlıq (1916), Dәniz mәrkәzi (2002). Böyük teatr (1859 ildә yeni teatr adı ilә açılmışdır; 1994 ildәn yeni binada yerlәşir), simfonik orkestr (1905), “Konsert huskör” xor kollektivi (1962), “Canlı musiqi” müasir kamera musiqisi cәmiyyәti fәaliyyәt göstәrir. G. ş.-ndә Liseberq istirahәt parkı (Skandinaviyada әn irilәrindәn biri), Botanika bağı yerlәşir. Hәr il İsveçin әn iri şәhәr festivalı olan G. bayramı, beynәlxalq rәqs vә teatr festivalı (1994; iki ildәn bir) keçirilir. “İFK Göteborq” futbol klubu UEFA kubokunun qalibi (1982, 1987), dәfәlәrlә ölkә çempionudur. Beynәlxalq şahmat turnirlәri (o cümlәdәn 2005 ildә şahmat üzrә Avropa komanda çempionatı), 2006 ildә yüngül atletika üzrә Avropa çempionatı keçirilmişdir. “Skandinaviya” idman-konsert zalında hәr il atçılıq idmanı üzrә Dünya kuboku oynanılır. Şәhәr iqtisadiyyatında xidmәt sferası (işlәyәnlәrin tәqr. 75%-i, o cümlәdәn ticarәt vә logistikada tәqr. 22%, sәhiyyә vә sosial sferada 15%, maliyyә sahәsindә tәqr. 15%, tәhsil sahәsindә 11%) üstünlük tәşkil edir. 20 әsrin sonlarından әnәnәvi sahәlәrin (gәmi qayırma, gәmi tәmiri) payı azalmış, elm tutumlu sahәlәrin (biotexnologiya, informasiya texnologiyaları – “Ericsson Microware Systems”, “Telia Sonera”), hәmçinin logistikanın payı artmışdır. Avtomobilqayırma (“Volvo” konserni), radioelektronika (“Ericsson”), әczaçılıq (“Astra Zeneca”) vә neft emalı sahәlәrinin müәssisәlәri fәaliyyәt göstәrir; podşipnik vә s. istehsal olunur.

Göteborq şәhәr muzeyi.










