GÖVHƏR AĞA (tәqr.1790 –1888) – Qarabağ xanı İbrahimxәlil xanın qızı. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanım idi. G.a. xeyriyyәçiliklә mәşğul olmuş, maarif vә mәdәniyyәtә maraq göstәrmiş, onun inkişafına çalışmışdır. Sәnәt adamlarına, alim vә şairlәrә hamilik etmışdir. 1866–67 illәrdә G.a.-nın vәsaiti hesabına Şuşada Aşağı mәscid (dağılmışdır) vә iki mәdrәsә binası inşa olunmuşdur. İbrahimxәlil xanın 1769 ildә Şuşada tikdirdiyi Cümә mәscidi 1865/66 illәrdә tәmir edildikdәn sonra “Yuxarı Gövhәr ağa mәscidi” adı ilә tanınmışdır. Hәmin mәscidә vәqf etdiyi әmlakının gәliri hesabına Şuşada darüş şәfa vә mәdrәsә açılmışdır. Bәzi mәnbәlәrdә G.a.-nın qәzәl vә fәxriyyәlәrinin olduğu göstәrilir; әdәbi irsindәn Azәrb. dilindә bir beyt, farsca bir fәrd mәlumdur.
Əd.: H ü s e y n z a d ә Ə. Gövhәr ağanın vәqf namәsi. Azәrb.SSR EA Xәbәrlәri (ictimai elmlәr seriyası), 1959, №1; N e m ә t o v a M.X. Şuşa şәhәrindәki Cümә mәscidinin kitabәlәri. Yenә orada, 1961, №1; Ə n v ә r Ç i n g i z o ğ l u. Cavanşir eli: Sarıcalılar. B., 2015.

Gövhәr ağa mәscidi. Şuşa.










