Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖVŞƏYƏNLƏR
    GÖVŞƏYƏNLƏR (Ruminantia) – cüt dırnaqlılar dәstәsindәn mәmәlilәr yarımdәstәsi. Bәdәninin uz. 40 sm-dәn (Asiya maralçaları) 3 m-әdәk (camışlar, öküzlәr), kütlәsi 2 kq-dan 1200 kq-adәk olur. Erkәklәr dişilәrdәn xeyli iridir. Ətrafları iki, yaxud 4 barmaqlıdır. G.-ә ölçülәri vә quruluşuna görә müxtәlif buynuzlar xasdır, yalnız maralçakimilәr, kabarqakimilәr vә sumarallarının buynuzları olmur. G.-in әksәriyyәtinin üst çәnәsindә kәsici dişlәr yoxdur, buynuzlaşmış epiteli yastığı ilә әvәz olunmuşdur; buynuzsuz növlәrinin erkәklәrindә üst köpәk dişlәri yaxşı inkişaf etmişdir. Alt çәnәnin yastılaşmış köpәk dişlәri kәsici dişlәr şәklindәdir; köpәk vә yanaq dişlәri arasında diastema olur. G.-ә 4 his sәdәn (işgәnbә, tor, qat-qat, qursaq) ibarәt vә yediyi bitkilәrin tam istifadәsi üçün uyğunlaşmış mәdә xasdır. Birinci üç hissәdә qida islanır vә ilkin emal olunur (içәrisin dә olan bakteriyalar vә b. mikroorqanizmlәrin iştirakı ilә), sonra qida gәyirilәrәk tam çeynәnilir. Qidanın yekun hәzmi mәdәnin vәzili hissәsi olan qursaqda baş verir. G. yarımdәstәsinә maralçakimilәr (Tragulidae), kabarqalar (Moschidae), marallar (Cervidae), zürafәkimilәr (Giraffidae), haça buynuzlular (Antilocapridae), boşbuynuzlular (Bovidae) fәsilәlәri daxildir; 180-әdәk növü birlәşdirәn 76 cinsdәn ibarәtdir. Avstraliya, Antarktida, Yeni Qvineya vә okean a.-rından başqa bütün yer kürәsindә geniş yayılmışlar; Yeni Zelandiyada iqlim lәşdirilmişlәr. Yaşayış yerlәri tundradan tropik meşәlәrә qәdәrdir. Əsasәn, poliqam sürü heyvanlarıdır. Bozqır vә qismәn meşә ekosistemlәrinin müasir görünüşünün gövşәyәn heyvanların çox saylı sürülәrinin tәsiri ilә formalaşdığı hesab olunur. Ev heyvanlarından boşbuynuzlu G.-ә iribuynuzlu qara mal, qoyunlar, keçilәr aiddir. G.-in vәhşi növlәri vәtәgә ovu (әsasәn, әti vә dәrisinә gö rә) vә idman ovu obyektidir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU