GÖY CİSMİNİN GÖRÜNƏN DİAMETRİ – göy cisminin bucaq diametri; cismin xәtti diametrı bu bucaq altında görünür. Xәtti diametrdәn vә göy cisminә qәdәr mәsafәdәn asılıdır. Ayın görünәn orta diametri 31′05″-yә bәrabәrdir (Ay orbitinin elliptikliyinә görә 29′24″- dәn 33′40″- yә qәdәr dәyişir). Günәşin görünәn orta diametri 31′59″-dir (31′27″-dәn 32′31″-yә qәdәr dәyişir). Ulduzların görünәn diametrlәri olduqca kiçikdir vә yalnız bәzi cisimlәrdә bucaq saniyәsinin bir neçә yüzdә bir hissәlәrinә çatır.










