Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖY CİSİMLƏRİNİN ORBİTLƏRİNİN SARSILMASI
    GÖY CİSİMLƏRİNİN ORBİTLƏRİNİN SARSILMASI – göy cisimlәrinin real orbitlәrinin sarsılmamış Kepler orbitlәrindәn kәnara çıxması. Kepler orbitlәri konik kәsiklәr – ellips, parabola, hiperbola vә onların düzxәtli cırlaşması şәklindә tәsvir olunur (bax İki cisim mәsәlәsi). Konik kәsik boyunca olan sarsılmamış hәrәkәtә birinci yaxınlaşmada o şәrtlә hәqiqi hәrәkәt kimi baxmaq olar ki, cәzb edәn kütlәlәrdәn biri bütün digәr kütlәlәrdәn әhәmiyyәtli dәrәcәdә böyük olsun. Mәs., Günәş sistemindә әsas cisim Günәşdir, ona görә dә istәnilәn cismin Günәş әtrafındakı hәrәkәtinә birinci yaxınlaşmada ellips boyunca hәrәkәt kimi baxmaq olar. Qalan bütün digәr cisimlәrin sarsıdıcı cazibәsi bu halda kiçik olur vә yalnız böyük zaman fasilәlәrindә özünü göstәrir. Göy obyektinin efemeridlәrini hesablamaq üçün orbitin sarsılması nәticәsindә onun koordinatlarının dәyişmәsini tәyin edirlәr. Cismin orbit üzrә hәrәkәtini tәsvir etmәk üçün orbitin elementlәrinin sarsıntılarını hesablayırlar ki, bu da oskulyasiya edәn elementlәrin zamandan asılılığını tapmağa imkan verir (bax Oskul yasiyaedәn orbit). G.c.o.s.-na digәr obyektlәrin cazibәsindәn başqa, bu cisimlәrin formasının qeyrisferikliyi vә onların daxilindә kütlәnin paylanması, hәrәkәtin baş verdiyi mühitin müqavimәti, zaman keçdikcә cismin kütlәsinin dәyişmәsi, işığın tәzyiqi vә s. amillәr dә sәbәb ola bilәr. Onların YSP-nin hәrәkәtinә tәsiri xüsusilә böyükdür. Yalnız planetlәrin vә ya peyklәrin hәrәkәti deyil, hәmçinin ulduzların (mәs., ikili ulduz sistemindә) hәrәkәti dә sarsıntılara uğrayır. Hәr bir ulduzun ümumi kütlә mәrkәzi әtrafındakı hәrәkәt trayektoriyası sarsıntıya mәruz qalır. Bunun sәbәbi sistemin komponentlәrinin qeyri-sferikliyi, onların arasında gedәn maddәlәr mübadilәsi, sistemә yaxın olan digәr ulduzların cazibәsi vә hәmçinin qalak tikanın ümumi cazibә sahәsidir. G.c.o.s.-nın tәyini ağır hesablamalar tәlәb edәn mürәkkәb mәsәlәdir. Göy cisimlәrinin sarsılmış hәrәkәtinin nәzәriyyәsi göy mexanikasının әsas mәzmununu tәşkil edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU