GÖY GURULTUSU – atmosferdә tufan zamanı ildırım (şimşәk) boşalması ilә müşayiәt olunan sәs hadisәsi; şimşәyin yolunda tәzyiqin ani artması nәticәsindә havanın rәqslәrindәn yaranır. Göyün bәrk guruldaması şimşәyin iri xәtti öçülәri ilә (şimşәyin müxtәlif sahәlәrindәn gәlәn sәs müşahidәçinin qulağına eyni vaxtda çatmadığı zaman) vә hәmçinin sәsin buludlardan әks olunması ilә izah olunur.










