Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖY KOORDİNATLARI 
    GÖY KOORDİNATLARI – göy cisimlәrinin göy sferasındakı vәziyyәtini tәyin edәn әdәdlәr. Bir qayda olaraq sferik koordinatlar sistemindәn istifadә olunur; bu halda göy cisminin verilmiş sferadakı vәziyyәti iki bucağın qiymәti ilә tәyin edilir. Əgәr göy cisimlәrinә qәdәr olan mәsafә mәlumdursa, Dekart koordinat sistemindәn dә istifadә etmәk olar. Lakin mәsafә әvәzinә adәtәn göy cisminin parallaksından istifadә olunur. Yüksәkdәqiqlikli ölçmәlәr zamanı ümumi nisbilik nәzәriyyәsindәn doğan effektlәr dә nәzәrә alınır. Bu halda cismin fәzadakı vәziyyәti dördkoordinatlı sistemlә (üç fәza koordinatı vә bir zaman koordinatı) tәsvir edilir. Hesablama başlanğıcının seçilmәsindәn asılı olaraq G.k. sistemlәri müxtәlif cür ola bilәr: toposentrik (müşahidәçi Yerin sәthindә “yerlәşib”); geosentrik (müşahidәçi Yerin kütlә mәrkәzindә “yerlәşib”); barisentrik (müşahidәçi Günәş sisteminin kütlә mәrkәzindә “yerlәşib”) vә obyektsentrik (müşahidәçi planetin, peykin vә s. kütlә mәrkәzindә “yerlәşib”). Tәbii ki, hәr bir sistemә uyğun zaman şkalası seçilir, yәni zaman koordinatı tәyin olunur. G.k. sistemlәrinin riyazi tәyini, onların arasındakı münasibәtlәrin (zaman koordinatları da daxil olmaqla) araşdırılması sferik astronomiyaya aiddir. Koordinat sistemlәrinin realizasiyası, yәni onların konkret göy cisimlәri ilә bağlılığının tәmin edilmәsi isә astrometriyaya aid mәsәlәdir. Koordinat sisteminin tәyini üçün onun başlanğıcını (adәtәn, bu, müşahidәçinin vәziyyәtidir) vә oxlarının istiqamәtini vermәk lazımdır. Sonra sistemin koordinat başlanğıcından keçәn әsas müstәvisi seçilir. Sferik koordinatlardan biri bu müstәvidәn hesablanır. Astronomiyada istifadә olunan koordinat sistemlәri verilmiş sistemin әsas müstәvisinin seçimindәn asılı olaraq üfüqi, ekvatorial, ekliptik vә qalaktik adlandırılır.
    Üfüqi koordinat sistemi. Bu sistemdә seçilmiş istiqamәt olaraq şaqul xәtti götürülür; sistemin әsas müstәvisi isә bu şaquli xәttә perpendikulyardır. Kosmik obyektin G.k.-ları z zenit mәsafәsi vә A azimutu ilә tәyin olunur (şәkil a). Çox vaxt z әvәzinә başqa bir koordinatdan – göy cisminin üfüq üzәrindәki hündürlüyündәn (h) istifadә olunur (qeyd edәk ki, z + h = 90°). Əgәr göy cismi üfüqdәn yuxarıda yerlәşibsә, onda onun zenit mәsafәsi 0°-dәn (göy cismi zenitdәdir) 90°-yә (göy cismi üfüq müstәvisi üzәrindәdir) kimi dәyişir. Əgәr z > 90° (h < 0°) olarsa, göy cismi üfüqin altında yerlәşir; bu halda o, bir qayda olaraq, müşahidәçi üçün görünmәz olur. Astronomiyada azimut dedikdә N Şimal vә S Cәnub nöqtәlәrindәn keçәn şaqul dairә (göy meridianı) ilә göy cisminin şaqulu arasındakı ikiüzlü bucaq nәzәrdә tutulur. Azimutu ya S Cәnub. nöqtәsindәn başlayaraq W Qәrb nöqtәsinә doğru (saat әqrәbi istiqamәtindә) 0°- dәn 360°-yә kimi, yada Şimal nöqtәsindәn E Şәrq nöqtәsinә doğru 0°-dәn 360°-yә kimi hesablamaq olar; bәzәn azimutu –180°- dәn +180°-yә kimi olan intervalda tәyin edirlәr.
    Ekvatorial koordinat sistemi. Sistemin әsas müstәvisi olaraq Yerin fırlanma oxuna perpendikulyar olan göy ekvatoru müstәvisi qәbul edilir. Bu sistemdә göy cisminin G.k. kimi δ meyli vә α düz (qalxma) döğuşu (şәkil b) götürülür. δ meyli göy ekvator müstәvisindәn hesab lanır. Əgәr göy cismi göy sferasının Şimal yarımkürәsin dә yerlәşirsә, δ müsbәt, Cәnub yarımkürәsindә olarsa, mәnfi qiymәt alır, yәni o, –90° ilә +90° arasında dәyişilir. Bәzәn meyil әvәzinә p qütb mәsafәsi anlayışından istifadә olunur. Bu mәsafә dünyanın şm. qütbündәn (PN) hesablanır, 0°- dәn 180°-yә kimi dәyişir vә p + δ = 90° şәrti ödәnilir. Göy ekvatoru müstәvisindә heç bir seçilmiş istiqamәt olmadığından, düz doğuş nöqrәsinin tәyini üçün başlanğıc hesablama nöqtәsinin seçimi ixtiyaridir. Düz doğuş   yaz gecә-gündüz bәrabәrliyi nöqtәsindәn saat әqrәbinin әks istiqamәtindә (dünyanın şm. qütbündәn baxdıqda) hesablanır vә 0 saatdan 24 saata vә ya 0°-dәn 360°-yә qәdәr intervalda dәyişir. 1998 ildә Beynәlxalq Astronomiya İttifaqı göy cisimlәrinin G.k.-nı daha dәqiq tәyin etmәk üçün qalaktikadankәnar radiomәnbәlәrin (kvazarların) kataloquna әsaslanmağı mәslәhәt gördü. Bu halda düz doğuş nöqtәsinin hesablanması üçün başlanğıc nöqtә olaraq J2000,0 epoxasına uyğun gәlәn dinamik gecә-gündüz bәrabәrliyinә yaxın bir nöqtә götürüldü. Bu zaman yaz gecә-gündüz bәrabәrliyi nöqtәsinin tәyini artıq onun ekliptika üzәrindәki vәziyyәtindәn asılı olmur. Bu koordinat sistemindә ikinci koordinat kimi göy ekvatorunun әn yüksәk nöqtәsi B-dәn saat әqrәbi istiqamәtindә (dünyanın şm. qütbündәn baxdıqda) hesablanan saat bucağından istifadә etmәk olar; t-nin dәyişmә intervalı α-nın dәyişmә intervalına uyğundur. Saat bucağı vә meyillә tәyin olunan koordinat sistemi sol oriyentasiyaya malikdir.
    Ekliptik koordinat sistemi. Bu koordinat sistemindәn, bir qayda olaraq, Günәş sisteminә daxil olan cisimlәrin hәrәkәtini tәdqiq edәrkәn istifadә olunur, çünki Günәş sisteminin әksәr cisimlәrinin orbit müstәvilәri ekliptika müstәvisi ilә kiçik bucaq әmәlә gәtirir. Ekliptik koordinat sistemindә (şәkil c) әsas dairәlәr kimi ekliptika müstәvisi vә enlik dairәsi (ekliptikanın şm. qütbü PN, c. qütbü PS vә göy cismindәn keçәn göy sferasının böyük dairәsi) götürülür. Bu sistemdә göy cisminin koordinatları ekliptik enlik β vә ekliptik uzunluq λ-dır. Ekliptik enlik – ekliptik enlik dairәsi boyunca ekliptika müstәvisindәn göy cisminә qәdәr olan qövsün uz.-na deyilir. Göy sferasının Şimal yarımkürәsindә onun qiymәti müsbәt, Cәnub yarımkürәsindә isә mәnfidir, yәni: – 90° ≤ β ≤ + 90°. Ekliptik uzunluq – ekliptikanın qütblәrindәn vә yaz gecә-gündüz bәrabәrliyindәn keçәn böyük dairә ilә ekliptik enlik dairәsi arasındakı ikiüzlü bucağın qiymәtinә deyilir. Uzunluq yaz gecә-gündüz bәrabәrliyi nöqtәsindәn saat әqrәbinin әks istiqamәtindә (ekliptikanın şm. qütbündәn baxdıqda) hesablanır: 0° ≤ λ ≤ 360°.
    Qalaktik koordinat sistemi. Bu sistemdәn ulduzların dinamikasının öyrәnilmәsindә geniş istifadә olunur. Burada әsas müstәvi kimi qalaktik diskin müstәvisi götürülür; onun vәziyyәti qalaktikanın qütblәrindәn birinin koordinatları ilә tәyin edilir. Hazırda qalaktik koordinat sistemi Hipparcos kosmik missiyasının (Avropa kosmik agentliyinin 1989–93 illәrdә hәyata keçirdiyi bu layihә әsasında 118 min ulduzun astronomik parametrlәri dәqiq tәyin edilib) verdiyi mәlumatlara әsasәn tәyin edilir. Qalaktikanın şm. qütbünün (GN) (şәkil ç) J2000,0 epoxası üçün tәyin edilmiş ekvatorial koordinatları α = 192,85948°, δ = 27,12825; göy sferasının bu nöqtәyә dia metral әks olan nöqtәsi Qalaktikanın c. qütbü, bu iki qütb nöqtәlәrini birlәşdirәn düz xәttә perpendikulyar olan böyük dairә qalaktik ekvator adlanır. Qalatikanın qütblәrindәn vә göy cismindәn keçәn böyük dairәyә Qalatikanın enlik dairәsi deyilir. Bu dairә boyunca ekvatordan verilmiş göy cisminә qәdәr olan qövsün uz. göy cisminin qalaktik enliyi (b) adlanır. GN nöqtәsinin daxil olduğu Şimal yarımkürәsindә qalaktik enlik müsbәt, Cәnub yarımkü rәsindә isә mәnfi hesab olunur: –90° ≤ b ≤ + 90°. Əvvәllәr qalaktik uzunluq (l) düz doğuşu 18 saat 40 dәqiqәyә (18h40m) uyğun olan qalaktik vә göy ekvatorlarının kәsişmә nöqtәsindәn (δ) hesab lanırdı. Hazırda qalaktik uzunluq qalaktikanın mәrkәzindәn vә qalaktik ekvatorun döğuş düyününün δ =32.93192°-yә bәrabәr olan qalaktik uzunluğundan keçәn xәttdәn (şәkil ç.-dә x istiqamәti) hesablanır vә saat әqrәbinin әks istiqamәtindә (Qalaktikanın ş. qütbündәn baxdıqda) 0°-dәn 360°-yә qәdәr intervalda dәyişir.
    Obyektsentrik koordinat sistemi. Başqa planetdәn, kosmik aparatdan vә ya hәr hansı bir digәr cisimdәn müşahidә aparılarkәn bu sistemdәn istifadә olunur. Sistemin әsas müstәvisi vә onun qütblәri müşahidә edilәn cisimlә әlaqәlәndirilir. Bir qayda olaraq, cismin hәrәkәt etdiyi orbitin müstәvisi vә ya cismin fırlanma oxuna perpendikulyar olan ekvator müstәvisi әsas müstәvi kimi qәbul edilir. Koordinat sistemi, hәmçinin, kosmik aparatın stabillәşdirmә sisteminin oxları ilә dә tәyin edilә bilәr. Koordinatlardan biri, mәs., ordinat – sistemin qütblәrindәn vә göy cismindәn keçәn böyük dairә (ordinat dairәsi) boyunca әsas müstәvidәn goy cisminә qәdәr olan qövsün uz. ilә tәyin olunur. İkinci koordinat – absis sistemin qütblәrindәn vә absisin başlanğıc nöqtәsindәn keçәn böyük dairә ilә ordinat dairәsi arasındakı ikiüzlü bucaqla tәyin edilir. Absisin başlanğıcını seçmәk, prinsip etibarı ilә ixtiyaridir, lakin bu seçim müşahidә materiallarının emalını asanlaşdırmağa xidmәt etmәlidir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU