Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖYALP 
    GÖYALP Ziya (23.3.1876, Diyarbәkir – 25.10.1924, İstanbul) – türk sosioloqu, şair, publisist, ictimai xadim, türkçülük cәrәyanının ideoloqu. Əsl adı Mehmed Ziyadır. “Qızıl dastan” mәnzumәsindәn (“Gәnc Qәlәmlәr”, 1911) sonra Göyalp imzasıyla çıxış etmişdir. Baxışlarının formalaşmasında әmisi Hasib әfәndinin mühüm rolu olmuşdur. Diyar bәkir әsgәri rüşdiyyәsindә (1890) oxumuş, sonra İstanbula gedәrәk Ali Baytarlıq Mәktәbindә (1896–99) tәhsil almışdır.
    Gәnc türklәr”ә qoşulmuş G. mәktәbdәki fәaliyyәtinә görә hәbs edilmişdir. “Gәnc türklәrinqilabından (1908) sonra “İttihad vә tәrәqqi” partiyasının Diyarbәkir şöbәsini yaradan (1908) G. hәmin il partiyanın bölgә müfәttişi olmuşdur. “İttihad vә tәrәqqi”nin konqresindә (1909, Sәlanik) Diyarbәkir nümayәndәsi kimi iştirak etmiş vә mәrkәzi heyәtә üzv seçilmişdir. Burada o, “Gәnc qәlәmlәr” jurnalındakı yazılarıyla türkçülük vә dildә sadәlәşmә hәrәkatının qabaqcılları sırasında çıxış etmişdir. Diyar bәkirdә maarif müfәttişi olan (1910) G. “İttihad vә Tәrәqqi”nin yeni açılan liseyindә özünün tәklif etdiyi proqram üzrә Türkiyәdә ilk dәfә olaraq sosiologiyadan dәrs demәyә başlamış (1911), 1912 ildәn bu fәnni İstanbul Un-tindә tәdris etmişdir. “Türk ocağı” әdәbi-siyasi dәrnәyi vә bir neçә jurnalla әmәkdaşlıq etmişdir. Birinci dünya müharibәsindәn sonra bir çox türk ziyalısı ilә birgә Maltaya (1919–21) sürgün edilmişdir. Sürgündәn qayıtdıqdan sonra Diyarbәkirdәn ikinci dәfә deputat seçilmişdir (1912; 1923). M.K.Atatürkün özünün mәnәvi atası saydığı G. Türkiyә Cumhuriyyәtinin ilk konstitusiyasının hazırlanmasında fәal iştirak etmiş, ömrünün sonunadәk Türkiyә Böyük Millәt Mәclisinin Maarif komissiyasında işlәmişdir. G. siyasәt, fәlsәfә vә tarix sahәlәrindә araşdırmaları ilә yanaşı, despotizm әleyhinә gizli fәaliyyәtdә göstәrmişdir. İlk әsәri olan “Şaki İbrahim” dastanında Hәmidiyә Alayının komandiri İbrahim Paşanın törәtdiyi soyğun vә basqın hadisәlәri qarşısında xalqı müqavimәt göstәrmәyә vә hәrәkәtә keçmәyә sәslәmişdir. Didaktik xarakterli “Yeni hәyat” (1918) әsәri G.-ın türkçülük proqramının әsas müddәaları olan din, elm, vәtәn, millәt, әxlaq, vәzifә, dil, qadın, mәdәniyyәt, sәnәt, islam birliyi, ailә, dövlәt kimi mәsәlәlәri әhatә edir. “Türklәşmәk, islamlaşmaq, müasirlәşmәk” (1918) әsәrindә türk çülük ilә islamçılıq vә müasirliyi uzlaşdırmağa çalışmış, onların bir-birinә ziddiyyәt tәşkil etmәdiyini göstәrmişdir. “Türk çülüyün әsasları” (1923) әsәrindә türk çülüyün tarixi, mәdәniyyәt vә sivilizasiya, milli vicdan, milli hәmrәylik mәsәlәlәri, elәcә dә dil, estetika, әxlaq, hüquq, din, iqtisadiyyat, siyasәt vә fәlsәfәdә türkçülük anlayışlarını son dәrәcә müfәssәl işlәmiş, milli mәdәniyyәtin türk mәdәni irsi әsasında canlanmasına çalışmışdır. G., eyni zamanda şair olmuş, şeirlәrinin çoxunu hecavәznindә yazmışdır. O, әdәbiyyatı, xüsusilә dә xalq әdәbiyyatını sosial hadisә hesab etmiş, böyük әdәbi әsәrlәrin xalq әnәnәsinә söykәnmәsi fikrini ilk dәfә irәli sürmüşdür.
    Dini-fәlsәfi vә pedaqoji görüşlәri. G. ümumi sosiologiya vә din haqqındakı fikirlәrindә Dürkheymdәn bәhrәlәnmişdir. G.-a görә, qәlb dini, әxlaqı, bәdii dәyәrlәri qavramaqla onlardan tәsirlәnir, ağıl isә bunları maddi dәyәrlәrә daxil etmәyә çalışır. Qәlb ilә ağlın bu mübarizәsindә әn ideal nәticә onların arasında uzlaşmanın tәmin edilmәsidir. G. fәrdin hәyatında әvvәlcә dinin rolunu qeyd edir, şәxsiyyәtin tәşәkkülündә dinin vә insan ruhunun әsas faktor olduğunu göstәrir. Din mahiyyәtcә әxlaq, estetika vә mәntiqdәn üstündür, çünki әxlaq insanı fәzilәtә qәdәr yüksәltdiyi halda, din onu övliyalıq mәqamına qәdәr ucalda bilәr. O, “Dinә doğru” (1922) mәqalәsindә ictimai dәyәrlәri aşağıdan yuxarıya iqtisadi, elmi, bәdii, әxlaqi vә dini olaraq sıraladıqdan sonra dini dәyәrlәrin “bütün mәnәvi dәyәrlәrin cәmi” olduğunu ifadә edir. “Fәlsәfәyә doğru” mәqalәsindә dinin estetik zövq, ibadәtlәrin ruhi hәzz verdiyini vurğulayırdı. G.-a görә, fәrdlәrin imanı cәmiyyәtә әks olunur, cәmiyyәtlәrin inkişafı vә ucalması dinin fәrdlәrә aşıladığı müqәddәs amalların reallaşmasıyla mümkündür. G. ruhun әsl mәnbәyinin Allah olması ideyasına söykәnәrәk, tәhsildә ruh tәrbiyәsinin üstünlüyünü vә buna görә dә ruhun tәmizlәn mәsini zәruri hesab edir. Onun fikrincә, din fәrdlәri şәxsiyyәtә çevirdiyi kimi, cәmiyyәtlәrә dә şәxsiyyәt qazandırır. Dinin bu rolunu araşdırarkәn G. peyğәmbәrlik vә övliyalıq anlayışlarından faydalanır: din cәmiyyәtlәri peyğәmbәrlәr, fәrdlәri isә övliyalar vasitәsilә ucaldır. G. teokratiya vә klerikalizmin cәmiyyәtlәri geri çәkdiyini vә milli vicdanın oyanmasını әngәllәdiyi fikrini irәli sürür, çağdaş bir millәt ola bilmәk üçün milli hüququn bütün bölmәlәrini teokratiya vә kleri kalizm qalıqlarından azad etmәyi tәklif edir. Ümmәti müsәlmanların informasiya mübadilәsini vә elmdә inkişafını tәmin edәn struktur hesab edir, buna görә dә müsәlman millәtlәrinin yalnız milli vicdanı qüvvәtlәndirmәklә müstәqilliklәrini әldә edә bilәcәklәrini göstәrir. Ailә hüququnda da islahatlar tәklif edәn G. kişi vә qadının nikah, boşanma vә miras mәsәlәlәrindә bәrabәrliyini müasir dövlәtdәki bәrabәrlik prinsiplәrinin әsası hesab edir. G. cәmiyyәt, fәrd, millәt, mәfkurә, mәdәniyyәt, sivilizasiya kimi anlayışlara yüklәdiyi sosioloji mәnalar çәrçivәsindә tәhsili “bir cәmiyyәtdә yetişmiş nәslin yetişmәkdә olan nәslә cәmiyyәtin mәdәniyyәtini köçürmәsi” kimi sәciyyәlәndirir. Tәhsillә tәlimi bir-birindәn fәrqlәndirәrәk, tәhsili geniş mәnada mәdәniyyәtin, tәlimi isә sivilizasiya daxilindә gerçәklik hökmlәrinin köçürülmәsi kimi izah edir. G.-ın fikrincә, bütün elmi araşdırmalar kimi sosioloji araşdırmalarında üç әsas prinsipi var: araşdırmalar tamamәn nәzәri olmalı, tәcrübәyә yönәlmәmәlidir; duyğuya deyil, ağıla әsaslanmalıdır; induksiyaedici olmalıdır. G. bu prinsiplәrә araşdırma mövzusunun müstәqil bir gerçәklik olması prinsipini dә әlavә etdikdәn sonra Dürkheymin ardınca gedәrәk, cәmiyyәti onu әmәlә gәtirәn fәrdlәrdәn fәrqli vә müstәqil görmәdikcә, elmdәn danışmağın qeyri-mümkünlüyü fikrini irәli sürür. Din, hüquq, iqtisadiyyat, dil vә sәnәt milli perspektiv cәhәtdәn normativ sәciyyә daşıdığı kimi, tәhsilin sosioloji cәhәtdәn öyrәnilmәsi dә normativ olaraq mәdәniyyәt so siologiyası sәciyyәsini daşıyır. Sosial varlıqla funksional analiz arasındakı münasibәtlәri araşdıran G.-a görә, cәmiyyәtdә yeni yaranan dinamik xarakterlәrin funksiyaları qavranılmalıdır. Millәtin yaşadığı ictimai hadisәlәr, böhranlar, müharibәlәr vә s. hadisәlәr sosial struktur içindә milli ideallar baxımından ortaq şәkildә qәbul edilәrәk müәyyәn simvollara çevrilir. Millәtin hәyatında tәhsil funksiyalarını da bu ideallar icra edir. G.-a görә, şәxsiyyәtin formalaşması mәfkurә vә ictimai şüurun fәrdi sosial şәxsiy yәt halına gәlmәsilә mümkündür. Fәrd artıq öz mәnfәәtlәrini unudur, bütün sәylәrini cәmiyyәtin mәnafeyi üçün istifadә edir. Yüksәk әxlaq, dini duyğu vә mәdәniyyәti mәnimsәmәsi onu güclü şәxsiyyәtә çevirir. Cәmiyyәtin dә әxlaqi vә mәnәvi ehtiyacları din vә mәdәniyyәtlә ödәndiyi üçün tәhsil vә tәlim bu yöndә tәşkil olunmalıdır. G.-ın tәhsil anlayışını formulә edәn әsas ideya milli vә dini identikliyi itirmәdәn müasirlәşmәni gerçәklәşdirәn tәhsil sistemi yaratmaqdır.
    Sosioloji tәlimi. Hәlә Dürkheymin fikirlәri ilә tanış olmadan G. pozitivizm vә idealizmi uzlaşdıraraq dәyәrlәr vә hәrәkәtlәr fәlsәfәsini inkişaf etdirmәyә çalışmış vә bu anlayışı sosioloji idealizm kimi irәli sürmüşdür. Qәrb sosioloji әnәnәsindәki dualist yanaşmanı (kütlә-cәmiyyәt, üzvi-mexaniki, dinamik-statik) saxlayan G-ın sosioloji tәliminin әsasını “mәdәniyyәt” vә “sivilizasiya” mәfhumları tәşkil edir. Onun fikrincә, mәdәniyyәt millәtin hәyatında dini, әxlaqi, estetik, iqtisadi, әdәbi, texniki dәyәrlәrin sintezidir. Millәtlәrin özünәmәxsus dәyәrlәri ilә yanaşı, digәr millәtlәrlә ortaq dәyәrlәri dә var. Sivilizasiya millәtlәr tәrәfindәn ortaq ictimai dәyәrlәrin müәyyәn bir inkişaf mәrhәlәsindә paylaşılmasından meydana gәlir. Sivilizasiya beynәlmilәl, mәdәniyyәt isә milli sәciyyә daşıyır. Mәdәniyyәt spontan, sivilizasiya isә şüurlu, rasional sәyin mәhsuludur. G. milli mәdәniyyәti qoruyub saxlamaqla Qәrb sivilizasiyası ilә türk mәdәniyyәti arasında әlaqә yaratmağa çalışırdı. Ona görә, türk millәti yüksәlmәk üçün Qәrb sivilizasiyasına inteqrasiya etmәlidir. Çünki Qәrb sivilizasiyasının feminizm, demokratiya vә s. kimi tәmәl dayaqları türklәrdә әn qәdim dövrlәrdәn mövcuddur. Qәrb mәdәniyyәtinә inteqrasiyadan öncә ziyalılar xalqa doğru getmәli vә xalqdan milli mәdәniyyәti mәnimsәmәli, eyni zamanda xalqa sivilizasiya aparmalıdırlar. Mәdәniyyәtin әn mühüm cәhәti onun milliyyәt vә millәt anlayışlarıyla sıx әlaqәsindәdir. Bir cәmiyyәtin millәt olması onun müstәqil bir mәdәniyyәtә sahib olmasına, mәdәniyyәtin inkişafı isә cәmiyyәtdә millәti meydana gәtirәn әdәbi, dini, әxlaqi, estetik dәyәrlәrin tәhsil vasitәsilә hәyata keçmәsinә bağlıdır. G. sivilizasiya vә mәdәniyyәt anlayışlarının bәnzәrliyini vә eyniliyini tәhlil edәrәk, bunların sosial hәyatın bütün mәrhәlәlәrini әhatә etdiyini göstәrmiş vә belәliklә dә monist yanaşmadan dualist yanaşmaya yönәlmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU