GÖYCƏLİ – Azәrb. Resp. Ağstafa r-nunda kәnd. Göycәli ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 10 km c.-da, Hәsәnsu çayının hәr iki sahilindә, Gәncә-Qazax düzәnliyindәdir. Əh. 2741 (2017); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, klub, kitabxana, tibb mәntәqәsi, mәscid var.










