GÖYÇAY – Azәrb. Resp. İsmayıllı, Göyçay vә Ucar r-nları әrazisindә çay. Kürün sol qolu. Uz. 113 km, hövzәsinin sah. 1170 km2-dir. Baş Qafqaz silsilәsinin c. yamacından (1980 m hünd.-dәn) başlanır. Mühüm qolları: Əyriçay, Vәndam. Qar, yağış vә yeraltı sularla qidalanır. Suvarmada istifadә olunur. Hövzәsindә Aşıqbayramlı vә Yekәxana su anbarları yaradılmışdır.

Göyçay çayı İsmayıllı r-nu әrazisindә.










