GÖYÇAY DÖYÜŞÜ (1918) – Nuru paşanın başçılıq etdiyi Qafqaz islam ordusu qüvvәlәri (tәqr. 5 min nәfәr) ilә S.Şaumyanın rәhbәrlik etdiyi Bakı Xalq Komissarları Sovetinin tabeliyindәki bolşevik-daşnak dәstәlәrindәn tәşkil olunmuş Qafqaz qırmızı ordusu hissәlәri arasında iyun ayında baş vermişdir. Bolşeviklәrin әsas mәqsәdi türkislam ordusunun AXC hökumәtinin yerlәşdiyi Gәncә ş.-nә toplanmasının qarşısını almaq idi. Daşnak qüvvәlәrinin әksәriyyәtini Şәrqi Anadoludan vә indiki Erm.-dan olan ermәnilәr tәşkil edirdilәr. Şaumyan V.İ.Leninә döyüş haqqında tәfәrrüatı teleqram vasitәsilә göndәrirdi. Düşmәnin sayca üstünlüyünә vә xeyli itki vermәsinә baxmayaraq Qafqaz islam ordusu Göyçayın viran edilmәsinin qarşısını aldı, daşnak vә bolşeviklәri geri çәkilmәyә mәcbur etdi. G.d. iyunun sonunda Qaramәryәm k.-nin azad edilmәsi ilә başa çatdı (bax Qaramәryәm döyüşü).










