GÖYÇAY RAYONU – Azәrb. Resp.-nda inz. r-n. 1930 ildә tәşkil edilmişdir. Böyük Qafqazın c. әtәklәrindә, Şirvan düzünün şm. hissәsindә yerlәşir. Sah. 739 km2. Əh. 119,1 min (2017). R-n şm.-q.-dәn Qәbәlә, şm.-ş.-dәn İsmayıllı, c.-ş.-dәn Kürdәmir, c.-dan Ucar, q.-dәn Ağdaş rayonları ilә hәm sәrhәddir. R-nda 1 şәhәr, 55 kәnd var. Mәrkәzi Göyçay ş.-dir.

Tәbiәt. Sәthi, әsasәn, düzәnlikdir (Şirvan düzünün şm. kәnarı). Şm. hissәsindә Boz dağ silsilәsi (hünd. 700 m-dәk), ş.-dә Qaramәryәm tirәsi uzanır. Ərazinin bir hissәsi (c.-q.-dә) okean sәviyyәsindәn alçaqda yerlәşir. Pliosen vә Antropogen çöküntülәri yayılmışdır. Faydalı qazıntıları (gil, çaydaşı, çınqıl, qum, әhәngdaşı) azdır. Düzәnlikdә qışı mülayim, yayı quraq vә isti keçәn yarımsәhra vә quru çöl iqlimi, dağәtәyi әrazilәrdә isә qışı quraq keçәn mülayim-isti iqlim hakimdir. Orta temp-r yanvarda 1,9°C, iyulda 26,4°C-dir. İllik yağıntı 400–600 mm. Əsas çayı Göyçaydır. Yuxarı Şirvan kanalı r-nun әrazisindәn keçir. Ərazidә boz-çәmәn, dağ boz-qәhvәyi, şabalıdı, açıq-şabalıdı vә s. torpaqlar yayılmışdır. Bitki örtüyü, әsasәn, efemerli-yovşanlı vә yovşanlı-şoranotulu yarımsәhra, dağlıq kserofit (quraqlığadavamlı) bitki qruplarından ibarәtdir. Seyrәk püstә-ardıc meşәlәri, arid kolluqlar var. Heyvanları: canavar, tülkü, boz dovşan, çölsiçanı vә s.
Əhali. Orta sıxlıq 1 km2-dә 161 nәfәrdir. Əhalinin 70%-i kәndlәrdә yaşayır. Göyçay ş., Bığır, Lәkçılpaq, Çaxırlı, İnçә kәndlәri әn iri yaşayış mәntәqәlәridir.
Tәsәrrüfat. Aran iqtisadi r-nuna daxildir. R-nun iqtisadiyyatının әsasını emal sәnayesi vә k.t. (әsasәn, taxılçılıq, meyvәçilik, heyvandarlıq) tәşkil edir. Nәql., tikinti vә xidmәt sahәlәri dә inkişaf etmişdir. ÜDM-in hәcmi 287277,7 min manatdır; ticarәt vә xidmәt sahәlәri – 40,9%, k.t. – 38,1%, tikinti – 10,2%, sәnaye –8,7%, nәql. vә rabitә – 2,1% (2018). G.r.- nda 29 sәnaye müәssisәsi fәaliyyәt göstәrir: “Göyçay-süd” ASC süd z-du, “AZNAR” QSC nar emalı z-du, “Göyçay-şәrab” ASC şәrab emalı z-du, “Göyçay konyakı” ASC konyak z-du, Göyçay çörәk z-du, broyler quşçuluq f-ki vә s.; yüksәk keyfiyyәtli kәrpic istehsal olunur (12,1 min m3, 2016). R-nda istehsal edilәn mәhsulun (nar şirәsi vә konsentratları, süd, kompot vә s.) tәqr. 70%-i MDB ölkәlәri ilә yanaşı Bal tikayanı ölkәlәrә, ABŞ, Almaniya, İsrail, Tayvan, Yeni Zelandiya vә s. ixrac olunur. 2018 ildә r-nda daimi iş yerlәrinin sayı 847 olmuşdur. R-n üzrә ümumi 935,0 min t yük, 14433,0 min sәrnişin daşınmışdır (2018).

Göyçay Gәnclәr Mәrkәzi.

Göyçay SES-i.
K.t. üçün yararlı torpaqların sah. 49422 ha, o cümlәdәn suvarılan torpaqlar 26400 ha-dır; dәnli bitkilәr vә paxlalılar – 14012 ha, buğda – 6872 ha, pambıq – 200 ha, kartof – 157 ha, bostan bitkilәri – 37 ha, tәrәvәz – 1071 ha, meyvә vә gilәmeyvә – 5766 ha, üzüm – 24 ha (2017). Əkilәn torpaqların orta mәhsuldarlıq göstәricilәri hәr ha-dan 28,1 s taxıl, 20,2 s dәnlik qarğıdalı, 385,2 s tәrәvәz, 167,4 s bostan bitkilәri, 125,7 s meyvә vә gilәmeyvә tәşkil edir (2017). R-nda әtlik heyvandarlıq inkişaf etmişdir: qaramal – 36843 baş, davar – 58755 baş; ev quşları – tәqr. 451 min, arı ailәlәri – 1236 vahid (2018). R-n üzrә 8127 t әt diri çәkidә; 4877 t kәsilmiş çәkidә, 20588 t süd, 15,9 mln. әdәd yumurta, 115,1 t yun istehsal olunmuşdur (2018).

Göyçay Rayon İcra Hakimiyyәtinin binası.
Mәdәni quruculuq vә sәhiyyә. R-nda 36 mәktәbәqәdәr tәhsil müәssisәsi (1400 uşaq), 56 ümumtәhsil mәktәbi (17313 şagird), 2 mәktәbdәnkәnar tәhsil müәssisәsi (1607 uşaq), uşaq musiqi mәktәbi (422 şagird), peşә liseyi (383 şagird), idarәetmә vә texnologiya kolleci (1040 tәlәbә); 34 kitabxana, 3 muzey, 27 klub vә mәdәniyyәt evi, regional tәdris-istehsalat mәrkәzi, 3 mәdәniyyәt vә istirahәt parkı, gәnclәr mәrkәzi fәaliyyәt göstәrir. Şәhәr stadionu (1500 yerlik), Olimpiya İdman Kompleksi (2010), 29 mәktәb idman zalı var (2018). Ərәbcәbirli k.-ndә Surxay qalası (12– 14 әsrlәr), İnçә vә Ərәbcәbirli kәndlәri әrazisindә küp qәbirlәri nekropolu (e.ә. 2 әsr), Yeraltı hamam (19 әsrin sonları), hәmçinin 4 mәscid rayonun tarixi-memarlıq abidәlәrindәndir. R-nda 250 çarpayılıq 3 xәstәxana müәssisәsi, 16 kәnd hәkim mәntәqәsi, 31 kәnd tibb mәntәqәsi, gigiyena vә epidemiologiya mәrkәzi, 186 hәkim (o cümlәdәn 18 stomatoloq), 537 orta tibb işçisi (o cümlәdәn 59 mama, 1 diş hәkimi) var (2017).











