GÖYÇAYSKİ (GÖYÇAYLI) Şövqisәfa Yusifziya oğlu (d.20.5.1935, Şәki) – Azәrb. coğrafiyaçısı. Coğrafiya e.d. (1988), prof. (1989). Azәrb. Resp.-nın Əmәkdar müәllimi (2000). 1958 ildә Azәrb. Dövlәt Un-tini (ADU, indiki BDU) bitirmişdir. Azәrb. Dövlәt Hidrome teorologiya Komitәsindә baş mühәndis-aeroloq (1958–59), Azәrb. Dövlәt Statistika İdarәsindә mühәndis-iqtisadçı vә baş mühәndis (1959–61), ADU-nun Elmi-tәdqiqat şöbәsindә elmi işçi (1964–65), İqtisadi-sosial coğrafiya kafedrasında baş müәllim vә dosent (1965– 80), Coğrafiya fakültәsindә kafedra müdiri (1981–2010), BDU-nun Ekologiya vә Torpaqşünaslıq fakültәsindә Coğrafi Ekologiya kafedrasının müdiri (2010–2019) vәzifәlәrindә çalışmışdır. 2019 ildәn hәmin kafedranın prof.-dur. Tәdqiqatları coğrafi ekologiyanın problemlәri, әhalinin mәskunlaşma sistemi problemlәri, üzrәdir. 200-dәn çox elmi әsәrin, o cümlәdәn monoqrafiya, dәrslik vә dәrs vәsaitinin müәllifidir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif olunmuşdur. Elmi kadrların hazırlanmasında xidmәti var.










