Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖYÇƏ MAHALI
    GÖYÇƏ MAHALI, G ö y ç ә d a i r ә s i – Azәrb.-ın tarixi-coğrafi bölgәsi, Azәrbaycan Xalq Cümhuriyyәti dövründә inz. ә.v. İndiki Erm. Resp.-nda yerlәşirdi. 1988 ilәdәk azәrb.-ların kompakt yaşadığı әrazilәrdәn biri idi. “Göyçә” adı ilk dәfә 5 әsrin sonlarında qeyd edilir. “Kitabi-Dәdә Qorqud” dastanında Göyçә gölünün adı çәkilir. Şah İsmayılın [1501–24] fәrmanında (1510) da G.m. qeyd edilmişdir. 1747–1828 illәrdә İrәvan xanlığının mahallarından biri olmuş, Türkmәnçay müqavilәsinә (1828) әsasәn xanlığın tәrkibindә çar Rusiyasına qatılmışdır. 1829–32 illәrdә mahalda 100-dәn çox yaşayış mәskәni, 14354 nәfәr, әsasәn, azәrb.-lardan ibarәt әhali qeydә alınmışdır. Çar Rusiyası İrәvan xanlığını işğal etdikdәn sonra ermәnilәrin kütlәvi surәtdә buraya köçürülmәsi әhalinin etnik tәrkibini dәyişdi. İrәvan qub. yaradıldıqdan (1849) sonra G.m. onun tәrkibindә tәşkil olunmuş Nor-Bayazet (Yeni Bәyazid) qәzasına daxil edilmişdi. Qafqaz tәqviminin (1917) mәlumatına görә, qәzanın әrazisi 4122,76 kv. verst, әh. 174111 nәfәr idi. Çarizmin hәyata keçirdiyi köçürmә siyasәtinә baxmayaraq, qәza әhalisinin üçdә birini yenә dә müsәlmanlar, әsasәn, azәrb.-lar tәşkil edirdi. AXC qurulduqdan sonra Yeni Bәyazid qәzasının 1-ci vә 2-ci polis sahәlәri mübahisәsiz Azәrb. әrazisi, 3-cü polis sahәsinin bir hissәsi isә mübahisәli әrazilәr sırasına daxil edilmiş, Azәrb.-ın daxilindә Göyçә dairәsi yaradılmışdı. Xarici İşlәr Nazirliyinin mәlumatına görә, dairәyә Göyçә gölü ilә Kiçik Qafqaz dağları arasında yerlәşәn İrәvan qub., Yeni Bәyazid qәzasının ş. hissәsi daxil idi. Əhalisi yalnız müsәlmanlar idi. Onlar özlәrini AXC-nin tәrkibindә hesab edir vә onun hakimiyyәtinin möhkәmlәndirilmәsi uğrunda mübarizә aprırdılar. 1919 ildә ermәnilәr Zod, Daşkәnd, Basarkeçәr vә başqa kәndlәrdә azәrb.-lara qarşı soyqırımı törәtdilәr. Geniş otlaqları olan G.m.-nın әhalisi әkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq vә balıqçılıqla mәşğul olur, Qazax, Qarabağ vә Naxçıvanla iqtisadi әlaqәlәr saxlayırdı. Azәrb. vә Erm.-da sovet hakimiyyәti qurulduqdan sonra G.m. bütünlüklә Erm.-na keçdi. Mahalın kәndlәri Kamo (1959 ilәdәk Yeni Bәyazid; Ağzıbir, Ağ qala, Qul Əli vә s. kәndlәr), Martuni (1926 ilәdәk Qaranlıq), Vardenis (1969 ilәdәk Basarkeçәr; Ağkilsә, Zәrzibil, Qırxbulaq vә s. kәndlәr) vә Krasnoselsk (Çәmbәrәk; Toğulca, Ağbulaq, Şorca, Ardanış, Cil kәndlәri) r-nları tәrkibinә daxil edildi. G.m. Azәrb. aşıq sәnәtinin mәrkәzlәrindәn biri, Aşıq Alı, Aşıq Əlәsgәr, Aşıq Əsәd, Aşıq Qurban, Aşıq Musa, habelә Qasım, Nәcәf, Sayad, Mәhәrrәm, İmran kimi ustad aşıqların vәtәnidir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU