GÖYDAĞ MİS-PORFİR YATAĞI – Azәrb. Resp. Culfa r-nu (Nax. MR) әrazisindә, Zәngәzur silsilәsinin c.-q. yamacında, Başkәnd çayının (Əlincәçayın sol qolu) yuxarı axınında, dәniz sәviyyәsindәn 2050–2600 m yüksәklikdә yerlәşir. Yatağın geol. quruluşunda Üst Eosenin vulkanogen-çökmә süxurları iştirak edir; süxurlar andezit-dasit intruziyası ilә yarılmış, andezit-dasitlәr isә öz növbәsindә qranodiorit intruziyası ilә yarılaraq parçalanmışlar; diorit-porfirit vә qranodiorit-porfir daykaları da var. Mis-porfir filizlәşmәsi intruziyaların apikal vә tәmas hissәlәrindә tәşәkkül tapmışdır. Əsas filizdaşıyıcı struktur şm.-q. istiqamәtlidir. Metasomatik süxurlar 2 km-dәn çox mәsafәdә izlәnilir. Filizlәrdә misinmiqdarı 0,1–2,7%, molibden 0,01–0,08%-dir. Yataqda möhtәvi vә damarcıq minerallaşma tipi qeyd olunur. Əsas filiz mineralları: pirit, xalkopirit, sfalerit, qalenit, molibdenit, misin törәmә mineralları.










