GÖYDƏRƏ XROMİT YATAĞI – Azәrb. Resp. Kәlbәcәr r-nunda, İstibulaq k.-ndәn 2 km şm.-q.-dә, dәniz sәviyyәsindәn 2290 m yüksәklikdәdir. 1927 ildәn mәlumdur. Xromit filizi kütlәlәri uzanma istiqamәti 310–340°, qalınlığı 0,5–15 m, uz. 350 m olan serpentinlәşmiş dunit süxurları zonasında yayılmışdır. Bu kütlәlәr diametri 4´6 m-dәn 0,2´0,4 m vә daha kiçik olan girdә, nadir halda linzavarı yuvalar әmәlә gәtirir. Yuvalar şm.-ş. istiqamәtli olub, 50–75° bucaq altında yatır. Filizdә Cr2O3-ün miqdarı 46,90-dan 55,63%-әdәkdir.










