GÖYDƏRƏ NEKROPOLU – Azәrb. Resp. Culfa r-nunun (Nax. MR) Göydәrә k.-ndәn şm.-q.-dә, hündür dağ yamacında orta әsrlәrә aid arxeoloji abidә. Kәşfiyyat xarakterli tәdqiqat işlәri 1990–91 illәrdә aparılmışdır. Qәbirlәrin hamısı ş. istiqamәtindәdir; başdaşıları saxlanmamış, sinә daşıları prizma formasındadır. Qәbirlәrdәn birinin yan tәrәfindә Azәrb. üçün sәciyyәvi olan tüfәng vә qılınc tәsviri, qoç fiqurlu daşlardan birinin üzәrindә ox işarәsi vardır. Abidәnin 13–17 әsrlәrә aid olduğu ehtimal edilir.










