GÖYƏRÇİN – İrәvan qub.-nın Şәrur-Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Paşalı, 12.10.1956 ildәn Əzizbәyov, 19.4.1991 ildәn Vayk r-nu) azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni-daşnak qüvvәlәri kәndi dağıtmış, yandırmış, әhalisinin әksәr hissәsini vәhşicәsinә qәtlә yetirmişlәr, sağ qalanlar әtraf bölgәlәrә sәpәlәnmişlәr.










