GÖYƏRÇİN, G ö y ә r ç i n l i – Yelizavetpol (Gәncә) qub.-nın Qazax qәzasında (9.9.1930 ildәn İcevan r-nu), Qaraqoyunlu dәrәsindә azәrb.-ların yaşadığı kәnd. 1918–1920 illәrdә başqa Qaraqoyunlu k.-lәri kimi, Göyәrçin k. dә ermәni tәcavüzü ilә üz-üzә qalmış, dağıdılmış, yandırılmış, әhalisi qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra әhali geri qayıtmış, kәndi yenidәn mәskunlaşdırmışlar. 1950-ci illәrdә r-nun 27 evdәn ibarәt G.k.-i lәğv edilmiş, әhalisi isә r-nun Salah k.-nә köçürülmüşdür. 1988 ildә Salah k.-nin әhalisi ermәni quldurları tәrәfindәn deportasiya mәruz qalmışdır. Kәndin әrazisindә Alban maddi mәdәniyyәt abidәlәri var idi.










