GÖYƏRÇİNKİMİLƏR (Columbiformes) – quşlar dәstәsi. Üst Eosendәn başlayaraq mәlumdur. Çinәdanı yaxşı inkişaf etmişdir. Lәlәk örtüyü sıxdır. G.-in çoxunda dişi fәrd erkәkdәn bir qәdәr iri vә daha parlaq rәnglidir. 2 fәsilәsi var: drontlar vә göyәrçinlәr. Bәzәn G.-ә yarımdәstә kimi bağrıqaraları da aid edirlәr. Tropik vә mülayim qurşaqlarda yayılmışlar. Əsasәn, bitkiye yәndirlәr. Ağaclar üzәrindә vә yer üstü hәyat tәrzi keçirirlәr. Azәrb.-da 2 dәstәsi var: göyәrçinkimilәr vә bağrıqa rakimilәr (Pteroclidae).










